Beren Saat qayınanası ilə yola getmir - FOTOLAR
Bizi izləyin

Magazin2

Beren Saat qayınanası ilə yola getmir - FOTOLAR

Türkiyənin ən məşhur aktrisası Beren Saat ilə Kənan Doğulu cütlüyünün evliliyi üzərində qara buludlar dolaşır.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iddialara görə, son 1 ayda iki layihədə birlikdə iştirak edən cütlük çəkilişlərdə bir-birinə qarşı soyuq davranıblar.

Beren Saat ilə Kənan Doğuluya yaxın mənbənin verdiyi məlumata görə, Beren əvvəlcə eltisi - Ozan Doğulunun xanımı Ece Doğulu ilə gərginlik yaşayıb. Aktrisa Ece Doğulunun böyük qızı Ariyanın doğum gününə getmədikdə gərginlik artıb.

Deyilənlərə görə, Berenin qayınanası Serpil Doğulu ilə münasibətlərinin gərginləşməsinə səbəb isə aktrisaının sosial şəbəkədə siyasi statuslar yazmasıdır.

İddiaya görə, Serpil Doğulu gözəl aktrisanın sərt çıxışlarının oğulları və nəvələri də daxil olmaqla bütün ailəyə zərər verəcəyini söyləyib. Ancaq Beren Saat sosial mediada siyasi statuslar yazmaqda davam edir.

Buna görə də, onların münasibətlərində soyuqluq yaranıb. Beren Saatın “İnstagram” bloqunda qayınanasını izləməməsi iddiaları alovlandırıb.

Kənan Doğulunun İstanbulda verdiyi son konsertlərinə baxanda gərginliyin yaşandığı aydın görünür. Serpil Doğulu konserti böyük gəlini Ece Doğulu ilə birlikdə ən ön sıradan izləyib.

Beren Saat isə qayınanası və eltisiylə münasibətləri soyuq olduğu üçün onların yanında oturmayıb. Gözəl aktrisa həyat yoldaşının son bir neçə konsertini pərdə arxasından izləyib.

Xatırladaq ki, toydan əvvəl Beren Saat qayınanasının gəncliyinə inanılmaz dərəcədə bənzədiyi haqqında xəbərlər çıxmışdı.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm