Tarantinonun həyəcanla gözlənilən yeni filmindən ilk görüntülər - VİDEO
Bizi izləyin

Magazin2

Tarantinonun həyəcanla gözlənilən yeni filmindən ilk görüntülər - VİDEO

Usta rejissor Kventin Tarantinonun yeni filmi “The Hateful Eight”in ilk treyleri yayımlanıb.

Kino dünyasına bir-birindən dəyərli filmlər qazandıran və Hollivudun ən nüfuzlu rejissorlarından biri olan Kventin Tarantino yeni filmi ilə pərəstişkarlarını növbəti dəfə özünə heyran qoymağı planlaşdırır.

Film qar fırtınası zamanı sığınacaq axtaran 8 yolçunun özlərini bir anda xəyanət və yalanın içərisində tapmalarından bəhs edir. Vətəndaş müharibəsindən sonra Amerikanın qərbində baş verənləri əks etdirən filmdə hər biri fərqli keçmişə sahib olan 8 quldurun əsl üzlərinin ortaya çıxmasını izləyəcəyik.

Tarantino filmlərində görməyə alışdığımız bir çox aktyor və aktrisa, o cümlədən də Kurt Rassel, Semyuel Leroy Cekson, Bryus Dern, Cennifer Ceyson Li də bu filmdə rol alıblar.

Filmin musiqilərini 86 yaşlı, məşhur italyan musiqiçi Ennio Merrikone hazırlayıb.

Film dekabrın 25-də tamaşaçılara təqdim ediləcək.

Qeyd edək ki, Kventin Tarantino bu filmdən sonra karyerası ilə vidalaşacağını açıqlayıb.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm