Məşhur aktyorun sevgilisi intihar etdi
Bizi izləyin

Magazin2

Məşhur aktyorun sevgilisi intihar etdi

Hollivud aktyoru Cim Kerrinin 28 yaşlı sevgilisi Katriona Uayt aktyor ilə ayrıldıqdan 5 gün sonra həyatına qəsd edib.

Publika.az xəbər verir ki, aktyorun eks-sevgilisi Katrionanın cəsədi Los-Ancelesdə tapılıb. Evinə qonaq gələn dostları onun öldüyünü görüb. Evə çoxlu dərman dağıldığından Katrionanın dərman qəbul edərək intihar etdiyi ehtimal edilir.

Ölməzdən əvvəl isə Uayt "twitter"də son statusunu yazıb: “Son "twitim"i yazıram. Ümid edirəm ki, bütün yaxınlarıma qarşı mehriban olmuşam”.

Qeyd edək ki, 53 yaşlı Cim Kerri ilə 28 yaşlı Katrionanın sevgi münasibətləri 2012-ci ildə başlayıb. Lakin bir neçə aydan sonra cütlük ayrılıb. Bu ilin mayında yenidən görüşməyə başlayan cütlük sentyabrın 24-də yenidən münasibətlərinə son qoyub.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm