Magazin2
“Evdə tapılmıram, bu da sevgimizi alovlandırır”
7 yaşında qızı və 3 yaşında oğlu olan braziliyalı model Alessandra Ambrosio “Cosmopolitan” jurnalının növbəti sayının qonağı olub.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Ambrosio müsahibəsində şəxsi həyatı ilə bağlı səmimi açıqlamalar verib. Məşhur model Jamie Mazurla səkkiz il əvvəl tanış olduğunu, tanışlıqdan az sonra ondan hamilə qaldığını deyib. Modelin sözlərinə görə, bu hadisə cütlüyün həyatında çox böyük dəyişikliklərə səbəb olub.
Ambrosio hamilə olduğunu öyrəndikdə yaşadıqlarını belə xatırlayır: "26 yaşım var idi, çox xoşbəxt idim. Əslində, daha erkən yaşlarda ana olmaq istəmişdim. Ana olmağa tam hazır olduğumu düşündüm və bir il hər şeydən uzaqlaşdım. Məşhur alt paltarı brendi “Victorias Secret”-lə də müqaviləmi dondurdum".
Ambrosio Mazurla rəsmi şəkildə evlənməsələr də özünü çox şanslı hesab edir. Məşhur model sevgilisinin çox zarafatcıl, özünün isə bir o qədər ciddi olduğunu deyir: “Onsuz da nə vaxtsa evlənəcəyəm. Amma bu mənim əsas məqsədim deyil. İşlərimiz çox olduğundan toy təşkil etməyə vaxtımız olmadı”.
Ambrosio məhəbbətlə bağlı bunları deyib: "Məncə, sevgi müxtəlif olur. Əvvəlcə ailədə valideynlərə qarşı sevgi doğulur, sonra əks cinsə qarşı sevgi hissləri yaranır. Sevdiyimiz kişidən də uşaqlar dünyaya gəlir. Mütəmadi olaraq səyahət edirəm, evdə tapılmıram, bu da sevgimizi daha da alovlandırır, hər gün evdə olsaydım, bəlkə də bir-birimizdən bezərdik".
Fidan
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu