Magazin2
Atası öldü, anası əmisinə ərə getdi
Kənardan onların parlaq, problemsiz görünən həyatlarına baxanda çoxumuz həsəd aparırıq. Onlar kimi olmaq, onlar yaşamaq istəyirik. Amma bilmirik ki, üzdən gülsələr də, onların da ürəklərində böyük bir nisgil var. Pulla satın ala biləcəkləri hər şeyə sahib olsalar da, keçmişlərindəki o qaranlıq kölgədən əsla xilas ola bilmirlər.
Publika.az lent.az-a istinadən ailələrində
böyük faciələr yaşayan məşhurlarla sizi tanış edir.
Charlize Theron
Cənubi Afrika Respublikasının Benoni şəhərində doğulan Charlize
Theronun oradakı həyatını atası kabusa döndərmişdi. Atası Therona
və anasına həm fiziki, həm də mənəvi zərər verirdi. Charlize 15
yaşında ikən anası və atası mübahisə etməyə başlayır. Mübahisə o
qədər böyüyür ki, anası atasını vuraraq öldürür. Özünü müdafiə
etdiyi əsas götürülərək qadına cəza verilmir. Gənc yaşında atasız
qalan Theronun həyatı o gündən sonra müxtəlif mübarizələrlə davam
edir. Ancaq həm şansı, həm də iradəsi onun taleyini müsbətə doğru
dəyişir.
Ebru Gündeş
Ebru Gündeşin 4 yaşı olanda spirtli içki aludəçisi olan atası evi
tərk edir. Ebru məşhurlaşdıqdan sonra bütün müsahibələrində
atasının öldüyünü deyir. Hətta məzarına gedərək dua edir. Lakin
atası Remzi Gündeş illər sonra ortaya çıxır və Ebrunun atası
olduğunu açıqlayır. 27 yaşlı Vedat adlı qardaşının olduğunu da
Gündeş sonralar öyrənir. Atasını isə əsla bağışlamır. Bu vaxta
qədər də atası ilə görüşməyi rədd edir.
Demet Akalın
1975-ci ilin Yeni il gecəsi idi. Demet Akalının iki yaşı vardı.
Anası, atası və xalası onu nənəsinin yanına qoyub Yeni ili qeyd
etməyə gedirlər. Qayıdanda yol qəzası keçirirlər. Polislər hadisə
nəticəsində ölən üç şəxsin meyitini morqa aparır. Cəsədlərin
tanınması üçün Demetin böyük əmisini morqa çağırırlar. Morqda əmisi
qardaşının hərəkət etdiyinin fərqinə varır. Demə, Demetin atası sağ
imiş... Beynindəki şiş, qırıq qabırğalar, daxili qanaxma və ailə
üzvlərinin ölümü... Bütün bunlara baxmayaraq Şenay Akalın qızı
Demet üçün həyata qayıdır. O gündən sonra qızına həm ana, həm də
ata olur.
Oktay Kaynarca
Oktayın 5 yaşı olanda ana və atası ilə birlikdə Berlində yaşayırdı.
İstanbulda yaşayan əmisi Adil Kaynarca həyat yoldaşını tətildə
Berlinə göndərir. Kaynarcanın atası qardaşının həyat yoldaşını
qarşılamaq üçün hava limanına gedir. Hava limanından qayıtdıqda yol
qəzasına düşürlər və hər ikisi həyatını itirir. Böyük kədər yaşayan
ailə gənc yaşda dul qalan gəlinləri Nursellə arvadını itirmiş
Ədalət Kaynarcanın evlənməsinə qərar verir. Oktay uzun illər
əmisini atası hesab edir. Həqiqəti isə çox sonralar öyrənir.
Acun İlıcalı
Yol qəzaları Acun İlıcalının da həyatında böyük itkilərə səbəb
olub. Acunun nənəsi və babası yolu keçərkən sürətlə gələn maşının
altında qalaraq can veriblər. Bir neçə il sonra Acun anası və
atasını da dəhşətli yol qəzasında itirir, qızı Banu isə şans
nəticəsində sağ qalır. Bir müddət keçməmiş ağır motosiklet qəzası
keçirir, özü sağ qalsa da, arxada oturan ən yaxın dostunu itirir.
Ancaq bütün bu faciələrə baxmayaraq, həyata möhkəm yapışan Acun
əsla təslim olmur.
Roy Orbison
Roy Orbison 1966-cı ildə həyat yoldaşı Claudette Fradynı dəhşətli
motosiklet qəzasında itirir. Yazdığı mahnıların bir çoxunu da
Claudetteyə həsr edir. Bu faciədən iki il sonra evində böyük bir
yanğın baş verir. Üç oğlundan ikisi yanğında yanaraq ölür. 1973-cü
ildə isə böyük oğlu Grady bayramı atası ilə qeyd etmək üçün yola
düşür. Yolda avtomobili qəza keçirir və qəzadan sağ çıxa bilmir...
R. Orbinson isə bu hadisədən 16 il sonra 1988-ci ildə infarkt
keçirərək həyatla vidalaşır.
Leighton Meester
Leighton Meesterin anası ona hamilə ikən narkotik alverində
günahlandırılır. Nəticədə tutulur və 10 il cəza alır. L. Meester
Floridada həbsxanada dünyaya gəlir. Meester üç aylıq olana qədər
anasıyla həbsxanada qalır. Sonra qohumlarından biri onu övladlığa
götürür və böyüdür..
Joaquin Phoenix
Joaquin Phoenix 19 yaşını qeyd etdikdən üç gün sonra qardaşı
həddindən artıq dozada narkotik qəbul edərək şoka düşür. J. Phoenix
onu həyata qaytarmaq üçün əlindən gələn hər şeyi edir. Onun
oyanmadığını gördükdə təcili yardıma zəng edir. Lakin artıq çox gec
idi, qardaşı həyatını itirmişdi. Bu böyük itki onun həyatını
darmadağın edir. Bir tərəfdən qardaşının acısını yaşayır, bir
tərəfdən isə mətbuatın marağından qaçmağa çalışır. Bir il hər
kəsdən qaçır və mətbuatın qarşısına çıxmır.
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO