O.Rostropoviç: "Oğlum mənə zəng vurub dedi ki, “ana, mən Bakıya getmək istəyirəm”
Bizi izləyin

Magazin2

O.Rostropoviç: "Oğlum mənə zəng vurub dedi ki, “ana, mən Bakıya getmək istəyirəm”

"Mən Bakını çox sevirəm".

Görkəmli violonçel ustası və dirijor Mstislav Rostropoviçin anadan olmasının 90 illiyi Bakıda və Moskvada geniş qeyd olunacaq.

Publika.az xəbər verir ki, bu barədə musiqiçinin qızı, Rostropoviç Fondunun rəhbəri Olqa Rostropoviç TASS agentliyində keçirilmiş mətbuat konfransında məlumat verib.

Mstislav Rostropoviç adına VIII Beynəlxalq Musiqi Festivalı Moskvada musiqiçinin doğum günü – martın 27-də açılacaq və aprelin 4-dək davam edəcəkdir. Daha sonra yubiley tədbirləri Bakıda IX Beynəlxalq Mstislav Rostropoviç Festivalı ilə davam etdiriləcək.

Bakı festivalında D.D.Şostakoviç adına Sankt-Peterburq Filarmoniyasının Akademik Simfonik Orkestri, Drezden ştatskapellası və “Vena-Bern” Kamera Orkestri iştirak edəcəklər.

Olqa Rostropoviç jurnalistlərə müsahibəsində bildirib ki, Mstislav Rostropoviç Bakını çox sevirdi, bu şəhər haqqında hər zaman böyük səmimiyyətlə danışırdı. Bakı onun həyatının vacib hissəsi idi. O.Rostropoviç vurğulayıb ki, IX Beynəlxalq Mstislav Rostropoviç Festivalında iştirak etmək üçün böyük məmnuniyyətlə Bakıya gedəcək: “Mən Bakını çox sevirəm. Övladlarım da bu şəhərin vurğunudurlar. Bu yaxında oğlum mənə zəng vurub dedi: “Ana, mən Bakıya getmək istəyirəm”.

O.Rostropoviç qeyd edib ki, martın 27-də, M.Rostropoviçin 90 illik yubileyi münasibətilə tədbirlər çərçivəsində Moskvada, musiqiçinin heykəli ucaldılmış bağçaya onun adı veriləcək, həmçinin Rostropoviçlərin yaşadığı Qazetnaya döngəsindəki binada xatirə lövhələrinin açılışı olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm