“Avroviziya”nın qalibi reanimasiyada - - FOTO
Bizi izləyin

Magazin2

“Avroviziya”nın qalibi reanimasiyada - - FOTO

“Euroviosion-2017” mahnı müsabiqəsinin qalibi – Portuqaliya müğənnisi Salvador Sobralın vəziyyəti qəfildən pisləşib və o, xəstəxanada reanimasiyaya yerləşdirilib.

Publika.az xəbər verir ki, bundan əvvəl 27 yaşlı müğənni ürəyindəki problemə görə səhnədən getdiyini elan etməyə məcbur olub. Həkimlər ona dincəlmək üçün musiqi karyerasında fasilə etməyi məsləhət görüblər. “Correio da manhà” qəzetinin yaydığı məlumata görə, S.Sobral ürəyin fəaliyyətinə kömək edən xüsusi aparata qoşulub. Bundan əvvəl KİV-lər müğənniyə ürək köçürülməsi üçün ilin sonunadək donor tapmağın vacibliyini yazmışdılar.

Portuqaliyaya “Eurovision” qələbəsini ilk dəfə S.Sobral gətirib. Musiqiçinin fanatları, sosial şəbəkə istifadəçiləri, “Eurovision” yarışmasının müxtəlif illərdəki iştirakçıları onu dəstəkləməkdə davam edirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm