Keçmiş birinci xanım konsert verəcək
Bizi izləyin

Magazin2

Keçmiş birinci xanım konsert verəcək

Fransanın keçmiş prezidenti Nikolya Sarkozinin həyat yoldaşı Karla Bruni gələn ay İstanbulda konsert verəcək.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, eks birinci ledi “French Touch” adlı yeni albomunun təqdimatı münasibətilə qastrol səfərlərinə çıxmağa hazırlaşır. Karla Bruni oktyabrın 13-də İstanbulda çıxış edəcək.

Konsert üçün xüsusi biletlər artıq satışa çıxarılıb. Prezident xanımını ön cərgələrdən izləmək istəyənlər üçün 57 yer ayrılıb. Bu biletlərin qiyməti 1350 lirədən (təxminən 700 manat) başlayır.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm