Kıvanç Tatlıtuğ: “Pul xoşbəxtlik gətirmir” – FOTOLAR
Bizi izləyin

Magazin2

Kıvanç Tatlıtuğ: “Pul xoşbəxtlik gətirmir” – FOTOLAR

Yaraşıqlı aktyor Kıvanç Tatlıtuğ “GQ” jurnalının Türkiyə sayına müsahibə verib. Yedigöllərdə kamera qarşısına keçərək təbiət qoynunda maraqlı pozalar verən aktyor açıqlamalarıyla da hər kəsi təəccübləndirməyi bacarıb.

Publika.az-ın məlumatına görə, aktyor müsahibəsində pulun xoşbəxtlik gətirmədiyini vurğulayıb:

"Azla kifayətlənə bilərəm. Meşədə, təbiətin qoynunda olmaq mənə kifayət edir. Üç-dörd dostumla vaxt keçirmək və ya atımın üzərində dördnala çapmaq mənim üçün dünyadakı ən böyük xoşbəxtlik səbəblərindən biridir. Şöhrət və pul xoşbəxtlik gətirmir.

Allaha şükür, sağlamam və çox xoşbəxtəm. Amma dincliyimin və xoşbəxtliyimim səbəbi nə yaraşıqlılığım, nə də qazandığım pullardır. İnsanın daxili dincliyi daha önəmlidir. Ailə bağların güclüdürsə, deməli, zənginsən, deməli, həyatda ən böyük uğurunu qazanmısan”.

Kıvanç Tatlıtuğ təbiətə və sadə insanlara olan sevgisini bu sözlərlə izah edib:

“Uzaqlara qaçmaq, kiçik kəndlərdə, qəsəbələrdə, balıqçılarla ya da yerli insanlarla vaxt keçirmək xoşuma gəlir.

Çox vaxt məni tanımırlar, tanısalar da, hay-küy salmırlar. Simit yeyirlərsə, “sən də simit yeyərsənmi, qardaş” deyə soruşur, sənə də çay süzürlər. Mən məhz bunu sevirəm. İnsanların səmimi olduğu, rahatca söhbət edə bildikləri yerlərdə olmaq istəyirəm.

Aktual xəbərləri izləsəm də, sektorla əlaqədar xəbərlərdən uzaq dururam ki, “zəhərlənməyim”. Mən özümü təbiətdə kəşf edirəm, ona görə də təbiətə can atıram".

Yaraşıqlı aktyor 45 yaşına kimi ailə qurub övlad sahibi olmaq istədiyini bildirib:

“Özümü 45 yaşımda təsəvvür edəndə gözlərimin qarşısında işini davam etdirən, ailəli, uşaqlı bir adam canlanır. Amma yenə çox şeydən uzaq dayanan, çox danışmayan, göz önündə olmağı xoşlamayan biri olaram”.

Gənc qızların sevimlisi olan Kıvanç Tatlıtuğ azadlığına düşkün olduğunu xüsusi vurğulayıb. O, müstəqil şəkildə öz proyektlərini həyata keçirmək üçün gələcəkdə aktyorluq karyerasına nöqtə qoya biləcəyini bildirib:

"Azadlığıma çox düşkünəm. Əgər sıxıldımsa, arxama baxmadan dönüb gedirəm. Aktyorluq peşəsini həqiqətən çox sevirəm. Bu işlə bacardığım qədər məşğul olmaq istəyirəm. Amma həyatın nə gətirəcəyini əvvəlcədən müəyyənləşdirmək olmur. Özüm müstəqil işləmək istəyirəm. Bir çox ssenari yazmişam. Öz müstəqil proyektlərim üstündə işləyəcəyəm. Ola bilsin ki, gələcəkdə aktyorluq karyerama son qoyum. Bunu doğru zamanda edəcəyimə əminəm”.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm