Türkiyəli gözəllər qırmızı xalıda – FOTOLAR
Bizi izləyin

Magazin2

Türkiyəli gözəllər qırmızı xalıda – FOTOLAR

Bu il Kann film festivalına damğa vuran gözəllər arasında türkiyəli məşhurlar da oldu. Cansu Dərə, Azra Akın və Fahriyə Evcən bir gün ara ilə qatıldıqları festivalda bütün nəzərləri üzərilərinə çəkdilər.

Aktrisaların hər üçü həm gözəllikləri, həm də zərif stilləri ilə dünyanı heyrətləndirdilər.

“L'Oréal Paris”in gözəllik elçisi olduqları üçün festivala dəvət edilən gözəllərdən Cansu Dərə ilə Fahriyə ağ rəngdə, olduqca zərif libaslara üstünlük verdilər. Azra Akın isə gümüşü rəngli, bədəninə yapışan libası ilə göz qamaşdırıb.

Aktrisaların üçü də sadə makiyaj və saç düzümü ilə diqqət çəkiblər.

Publika.az Hollivud ulduzlarını kölgədə qoyan türkiyəli gözəllərin fotolarını təqdim edir:

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm