“Qorxdum ki, birdən uşağım olar”
Bizi izləyin

Magazin2

“Qorxdum ki, birdən uşağım olar”

Türkiyənin superstarı Ajda Pekkan alış-veriş mərkəzlərindən birində fanatları ilə bir araya gəlib. Pərəstişkarlarına avtoqraf verib, onlarla söhbətləşən müğənni maraqlı açıqlamaları ilə yadda qalıb.

Fanatlarından birinin “Həyatınızda uşağın əskikliyini hiss edirsinizmi?”- sualına Ajda Pekkan olduqca maraqlı cavab verib:

“Bir uşağım olmasından qorxdum. Öz ayaqlarım üzərində dura bilmək mənim üçün çox çətin idi. Mənə dəstək verən heç kim yox idi. Ona görə də, şəxsi həyatıma vaxt ayıra bilmədim, həmişə işim, karyeram ön planda oldu. Uşağım olmasını istəmədim, qorxdum ki, birdən karyerama mane olar”.

Daha sonra jurnalistlərin suallarını cavablandıran müğənni yazdığı köşələrdə eşqlə bağlı mövzulara tez-tez yer verməsinin səbəbini də açıqlayıb.

“O tip yazılar sevildiyi üçün yazıram. Amma qəlbim də boş deyil. Qəlbimdə Ajda Pekkan var, mən özümü çox sevirəm”.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm