Kara Delevin rəfiqəsi ilə eşq yaşadığını etiraf etdi - FOTO
Bizi izləyin

Magazin2

Kara Delevin rəfiqəsi ilə eşq yaşadığını etiraf etdi - FOTO

Dünyanın ən populyar modellərindən olan Kara Delevin “Vogue” jurnalına olduqca maraqlı açıqlamalar verib. Publika.az xəbər verir ki, cazibədar model rəfiqəsi Vinsentlə eşq yaşadığını etiraf edib.

“Rəfiqəm ilə birlikdəyəm. Bu, xoşbəxtliyimin ən böyük səbəblərindən biridir. Bu cümlənin ağzımdan çıxması həqiqətən möcüzədir”.

Maraqlıdır ki, Kara bu etirafına baxmayaraq, lezbiyan olduğunu qəbul etməyib. O, yuxularında ancaq kişiləri gördüyünü və gələcəkdə ailə qurub övlad sahibi olmaq istədiyini bildirib:

“Erotik xəyallarım ancaq kişilərlə bağlıdır. Məsələn, iki gün öncə yuxumda “Volswagen”in arxa tərəfində bir oğlana yaxınlaşdım. Onunla sevişdim. Evlilik haqqında düşünürəm. Ana olmaq fikri məni həyəcanlandırır”.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm