Mahsun Kırmızıgül 1 milyona “yox” dedi - FOTO
Bizi izləyin

Magazin2

Mahsun Kırmızıgül 1 milyona “yox” dedi - FOTO

Türkiyəli müğənni, eyni zamanda aktyor və kinorejissorluqla məşğul olan Mahsun Kırmızıgül etdiyi hərəkətlə gündəmə gəlib.

“Günəşi gördüm”, “Bəyaz mələk”, “Nyu Yorkda beş minarə”, “Möcüzə” filmləri ilə tamaşaçıların rəğbətini qazanan türkiyəli məşhur sima ona təklif edilən təklifdən boyun qaçırıb.

Belə ki, Almaniyanın Hamburq şəhərində yaşayan vanlı bir biznesmen toyunda mahnı oxuması üçün Mahsun Kırmızıgülə 1 milyon lirə təklif etsə də, müsbət cavab almayıb.

Müğənnilik fəaliyyətini birdəfələlik dayandırdığını söyləyən Kırmızıgül biznesmenə belə cavab verib: “Mən artıq başqa bir sahədəyəm. Sadəcə rejissorluq və kino işçisi kimi yaddaşlarda qalmaq istəyirəm”.

Aktyorun ən son lentə aldığı film "Möcüzə" olub. Filmin bir neçə ay öncə Bakıda da təqdimatı baş tutub. (anspress)



Oxumağa davam et
Reklam
Reklam

Gündəm