• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

İranın yeraltı musiqiçiləri - VİDEO

  • Maraqlı
  • 25 Mart 2014 20:56
  • 1 841 Baxış
İranın yeraltı musiqiçiləri - VİDEO

İranda rok, rep və ümumiyyətlə pop musiqisinin əksər formaları qadağandır. Qadınların ictimai yerlərdə oxuması yasaqlanır və çıxarılan bütün musiqiləri İran rəsmiləri təsdiq etməlidir.

BBC Dünya Xidmətinin Azadlıq2014 mövsümü üçün Behzad Bolour iranlı mühacir musiqiçilərlə görüşmək məqsədilə İsveç və Gürcüstana gedib.

Oranq adlı musiqiçi gitarası ilə İsveç paytaxtı Stokholma "pasportsuz, qeyri-leqal vəziyyətdə" və "11 ay piyada" gəlib.Fars motivlərilə bəzədilmiş gitarasını isə o, İrandan çıxandan əvvəl özü hazırlayıb.

"Bu, keçmişə qayıdışdır, İran mədəniyyətinin və sənətinin yenidən canlanmasıdır. Sənət azadlıqdır və biz əsgərlərik, müharibədəyik. Mən mədəniyyət müharibəsindəyəm", o deyir.

"İranda sənətlə məşğulsansa, fərq etmir nə edirsən – ya sistemə qoşulmalısan, ya da məhv olmalısan".

Tbilisidə yaşayan Anahid və Mehraj da İranda üzləşdikləri problemlərdən danışıblar. "Onlar düşünürdülər ki, biz şeytanpərəstik", Anahid deyir.

"Metal musiqisi sadəcə uzun saç və narkotik demək deyil. Biz göstərmək istəyirik ki, bu bizim tariximizdir. İndi ölkəmiz müsəlmandır amma biz zərdüştilər idik. Bundan əvvəl gözəl tariximiz var idi", deyir Mehraj.

İranda səsyazma etmək qadağandır, amma İranda musiqiçilər bundan yan keçməyə çalışırlar - məsələn səsyazmaları gecəyarısı, gizlincə etməklə. Amma Anahidin hekayəsi bunun gətirdiyi təhlükələri göstərir.

"Qorxulu idi, qorxurduq ki polis bizə hücum edəcək. Bir dəfə gizli polis məni tutmuşdu, onlar saçım haqqında öyrəndilər. Məni şeytanpərəstlikdə ittiham etdilər.

Ailəm məni rədd etdi, dedilər ki musiqini qoyum qırağa. Mən isə dedim ki, bunu edə bilmərəm, bu mənim yolumdur və mən onu seçmişəm".

Xəbər lenti

DAHA ÇOX XƏBƏR