• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Tamaşada şok: səhnədə qəflətən... - VİDEO - FOTO

  • Maraqlı
  • 18 Yanvar 2014 13:16
  • 1 791 Baxış
Tamaşada şok: səhnədə qəflətən... - VİDEO - FOTO

Şotlandiyanın Qlazqo şəhərindəki teatr tamaşası zamanı Piter Pen rolunu oynayan aktyor qəflətən tamaşanı dayandırıb.

O, tamaşaçıların təəccüblü baxışlarını görərək gülümsəyib və səhnədəki gənc aktrisaya evlənmə təklifi edib.


"Hydro" pantomim teatrının aktyoru Şandor Strablın səhnədə sevgilisi, Vendi Darlinq rolunu oynayan Lilli-Ceyn Yanqa "Mənə ərə gələrsən?!" təklifini tamaşaçılar alqışlarla qarşılayıblar.


28 yaşlı Şandorla 22 yaşlı Lili-Ceyn indi toy gününü dəqiqləşdirirlər.


"Şandorun tamaşanı dayandırmasının texniki problemlə bağlı olduğunu düşünürdüm. Amma Şandor üzünü tamaşaçılara tutub dedi: "Xanımlar və cənablar, indi Piter Pen Vendini öpməlidir. Mən də öpəcəyəm. Çünki Lili-Ceym həyatımın mənası, eşqimdir. O, buradadır və deməli, dünya mənimdir.

Məhz bu səbəbdən ondan mənə ərə gəlməsini təvəqqe edirəm". Bu sözləri eşidəndə şoka düşdüm. Razılaşdım, çünki Şandoru çox sevirəm", - aktrisa Lili-Ceyn deyib./Milli.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR