• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Dünyanın ən gəlirli peşələri məlum oldu

  • Maraqlı
  • 10 May 2014 12:30
  • 738 Baxış
Dünyanın ən gəlirli peşələri məlum oldu

İldə 219.770 dollar qazanan peşənin sahibi cərrahdır

Amerikada keçirilən bir araşdırma nəticəsində dünyanın ən çox qazandıran peşələri müəyyənləşdirilib. Türkiyənin “Sabah” qəzeti bugünkü sayında bu barədə geniş yazı hazırlayıb. Onların siyahısı aşağıdakı kimidir:

1. Marketinq müdiri – illik qazancı 120.070 dollar

2. Kompüter və informasiya sistemi rəhbəri – illik qazancı 120.640 dollar

3. Mühəndislik şirkəti rəhbərləri – illik qazancı 122.810 dollar

4. Stomatoloq – illik qazancı 153.570 dollar

5. Təbiət elmləri mütəxəssisləri – illik qazancı 127.000 dollar

6. Vəkil – illik qazancı 129.070 dollar

7. Ayaq və bilək sağlamlığı üzrə mütəxəssislər – illik qazancı 131.730 dollar

8. Diş protezi mütəxəssisi –illik qazancı 125.400 dollar

9. Pediatr – illik qazancı 161.410 dollar

10. Psixiatr – illik qazancı 163.660 dollar

11. Ədliyyə sistemində icra sistemi rəhbəri – illik qazancı 167.280 dollar

12. Ginekoloq – illik qazancı 204.470 dollar

13. Cərrah – illik qazancı 219.770 dollar

Xatırladaq ki, bu siyahı Amerikada daha çox keçərlidir. Amma inkişaf etmiş Qərb ölkələrində də təxminən eyni peşələr qazanclı və perspektivli sayılır. Azərbaycanda da qəbul imtahanlarının yaxınlaşdığı bu günlərdə sözügedən siyahıya diqqət kəsilmək məsləhətlidir. Gələcəkdə karyerasını xaricdə qurmaq istəyənlər üçün ən sərfəli peşələri öyrənmək maraqlı ola bilər. /musavat.com

Xəbər lenti

DAHA ÇOX XƏBƏR