Bilgi.az
Prezidentin arvadı: “O, digər qadınlarla əylənməyi xoşlayırdı”
ABŞ prezidenti Con Kennedinin həyat yoldaşı Jaklin Kennedi öz əri haqqında fikirlərini İrland əsilli keşişə yazdığı məktublarında bildirib. Kennedinin arvadı Jaklin və Dublindən olan keşiş Leonardo arasındakı yazışma 14 il davam edib.
Bu məktublarında birinci xanım evlilik həyatı və Ağ Evdə baş verənlər haqda yazıb. Kennedi Amerika siyasətinin yüksələn ulduzu hesab olunduğu vaxt, Jaklin məktublarda onun çox lovğalanmasından yazırdı.
Xanım Kennedi ərini atasına oxşadırdı. ABŞ-ın birinci xanımı yazıb: “O, məqsədinin arxasınca gedirdi. Qalib gəldikdə isə bundan darıxmağa başlayırdı. Evlilikdən sonra özünün yaraşıqlı olduğuna əmin olmaq üçün o, digər qadınlarla əylənərdi”.
Məktublar 1950-ci ildən 1964-cü ilə kimi yazılıb. Jaklin həyatında yalnız iki dəfə gördüyü insana 30-a yaxın məktub yazıb. Yenicə aşkar edilmiş məktublar gələn aydan hərraca çıxarılacaq .
Nura
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı