• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Duzlu su ilə işləyən avtomobil – FOTOLAR

  • Maraqlı
  • 2 Sentyabr 2014 15:54
  • 1 005 Baxış
Duzlu su ilə işləyən avtomobil – FOTOLAR

Avtomobil ətraf mühitin ən başlıca düşməni hesab edilir.

Benzinlə işləyən avtomobillər 1920-ci ildən etibarən istifadə edilməyə başlanılıb. Daha sürətlə və uzaq məsafəni qət etmək elə ilk vaxtlardan avtomobilqayıranların qarşısında duran əsas məsələ olub və bu gün də öz aktuallığını itirməyib.

Bu ilin mart ayında Cenevrədə "Motor Show"da təqdim edilən "Quant e-Sportlimousine" avtomobili artıq Avropa yollarında istifadə üçün təsdiqlənib. Bu idman avtomobilinin özəlliyi ondan ibarətdir ki, o, duzlu su ilə işləyir. Avtomobil saatda 350 km yol qət edir. 920 at gücünə (680 kv) malik avtomobilin uzunluğu 5257 mm-dir. Avtomobilin 4 elektrik motoru var. Onun benzin çəni isə yalnız duzlu su ilə işləyir. Maye iki çən arasındakı məsamədən keçərək elektrik cərəyanı yaradır. Çən 200 litr maye saxlaya bilir, sürücü bu maye ilə avtomobili 600 km idarə edə bilər.

"Quant e-Sportlimousine" idman avtomobilinin satış qiyməti və tarixi açıqlanmayıb. Ekspertlərin rəyinə görə, avtomobilin qiyməti 1,7 milyon dollar olacaq.

"NanoFlowcell AG" Lixtenşteyn şirkətinin avtomobili əvvəlcə Almaniya küçələrində idarə ediləcək. Tədricən avtomobil Avropanın digər ölkələrində də yayılacaq.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR