• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Prezidentin üzr istədiyi yoxsullar ölkəsi - FOTOLAR

  • Maraqlı
  • 6 Sentyabr 2014 12:28
  • 617 Baxış
Prezidentin üzr istədiyi yoxsullar ölkəsi - FOTOLAR

Dünyanın ən yoxsul ölkələrindən biri Perudur. Rəsmi məlumata görə, Peruda 1990-cı illərdən bəri gündəlik qazancı 1,25 dollardan artıq olmayan əhali əksəriyyət təşkil edir. Bu latın amerikalıların həyat şəraiti isə günü-gündən pisləşir. Alçaldılmış və təhqir edilmiş insanların sayı artır.

And dağlarının ətəklərində Ayakuço şəhərində təxminən 30-a yaxın kəndli ailəsi yaşayır və onlar fermer təsərrüfatıyla məşğul olurlar. Daha çox dənli bitkilər və kartof əkib becərirlər.

Fotoların birində Dias ailəsinin səhər yeməyi göstərilib. Şəkillərdən də onların nə qədər acınacaqlı həyat keçirdikləri məlumdur. Hətta Perunun keçmiş prezidenti Alan Qarsiya ölkənin yoxsul əhalisi qarşısında dövlət başçısı kimi onların yaşayışını yaxşılaşdıra bilmədiyi üçün üzr istəyib.

Ölkə rəhbərliyi "Kalivarma" proqramına uyğun olaraq bütün dövlət məktəblərində şagirdlərə səhər yeməyi və nahar verilir. Latın Amerikası və Karib hövzəsi ölkələrinin son 10 ildə yoxsulluq səviyyəsi demək olar ki, iki dəfə yaxşılaşıb. Amma hələ də 10 milyonlarla uşaq birinci sinfə gedə bilmir. Peru və Uruqvay kimi Latın Amerikası ölkələrində 15-24 yaş arası gənclərin əksəriyyəti işsizdir. Onların cəmi 15,3%-i iş tapa bilib.

Stenford Universitetinin jurnalı olan "Pathways" 2014-cü ilin avqustunda nəşr etdiyi məqalədə Peruda yaşayan əhalinin böyük əksəriyyətinin ailəsi ilə birlikdə gündəlik qazancının 2 dollardan aşağı olduğu bildirilir.

Gülnar Əliyeva