Xortumlu it dünyaya gəlib – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Xortumlu it dünyaya gəlib – FOTOLAR

Argentinada mutasiya nəticəsində xortumlu it dünyaya gəlib.

Yerli sakin Eduardo Landinanın evində doğulan 11 itdən yalnız biri qeyri-adi görkəmdə doğulub.

Lakin Eduardonun bildirdiyinə görə, it tamamilə sağlamdır. İt görkəminə görə daha çox Harri Potter filmindən olan Dobbi obrazını xatırladır.

Küçüyün mutasiya nəticəsində doğulması onun anasının döşündən süd əmməsinə də maneə törədir. Xortum ona rahat süd içməyə imkan vermir. Yerli sakinlər elfə bənzər küçüyü pis əlamət bilərək tezliklə onu məhv etməyi tövsiyə edirlər. Ancaq Eduardonun ailəsi heyvandan imtina etmək istəmir.

Halbuki həkimlər qəribə görkəmli küçüyün çox yaşamayacağını da bildiriblər. Maraqlıdır ki, küçüyün anası da çirkin balasından imtina etməyib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm