• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Vanqa: “Bu toy onu öldürəcək… Biz birlikdə öləcəyik”

  • Maraqlı
  • 1 Dekabr 2014 11:28
  • 864 Baxış
Vanqa: “Bu toy onu öldürəcək… Biz birlikdə öləcəyik”

Məşhur bolqar kahin Vanqa Uels şahzadəsi Diananın ölümündən 16 il öncə onun öləcəyi barədə xəbərdarlıq edib.

Axar.az xəbər verir ki, Diana öz təhsilini çox prestijli bir İsveçrə kollecində alıb.

O, Britaniyaya qayıdandan sonra elit bir uşaq bağçasında tərbiyəçi olur. Elə bu vaxtlarda da onun həyatında çox böyük rol oynayacaq İngiltərə vəliəhdi şahzadə Çarlzla münasibəti yaranır. Bu münasibət ölkənin ən çox müzakirə olunan xəbərinə çevrilir.

Nəhayət, 29 iyul 1981-ci ildə şahzadə Çarlzla Diananın nikahı baş tutur.

Vanqa Çarlzla Diananın nikahından öncə bu sözləri deyir:

"Bu toy onu öldürəcək. Biz birlikdə öləcəyik. O, mənim ölümümü eşidəcək, lakin biz birlikdə öləcəyik…"

Vanqanın bu müəmması bir neçə il sonra öz təsdiqini tapmağa doğru irəliləyir.

Bir zamanlar "əsrin romanı" və "əsrin nikahı" adlandırılan bu nikah artıq dağılmağa başlayır. 90-cı illərin ortalarına yaxın nikahın sonunun gəlməsi heç kəsdə şübhə doğurmur.

Vanqa 1996-cı il avqustun 11-də Dianadan öncə vəfat edir.

28 avqust 1996-cı ildə Diana ilə Çarlz rəsmən boşanırlar.

Diana boşandıqdan sonra bir neçə nəfərlə görüşür, lakin bu münasibətlər uzunmüddətli olmur və nəhayət, Misir əsilli iş adamı Məhəmməd Fayedin oğlu Doddi Fayedlə görüşməyə başlayır.

1997-ci ilin avqustunda Diana Doddi ilə birgə Parisə gəlir və burada qaldığı Ritz otelindən çıxaraq maşınlarına əyləşirlər. Yerli vaxtla saat 00:27-də yeraltı keçiddən keçərkən qəzaya düşürlər.

Vanqanın 16 il öncə dediyi sözlər öz təsdiqini tapır. Şahzadə Çarlzla nikah Diananın sonunu gətirir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR