• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Gənc qalmaq üçün qadın cavan oğlanlarla...- FOTOLAR

  • Maraqlı
  • 7 Yanvar 2015 18:36
  • 1 783 Baxış
Gənc qalmaq üçün qadın cavan oğlanlarla...- FOTOLAR

Alimlər neçə ildir ki, gənc qalmağın yollarını axtarmaqdadır. İngiltərənin Hall şəhərindən olan Layla Qledhil adlı qadın görünür ki, cavanlığın sirrini tapıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 61 yaşlı Layla özündən 40 yaş oğlanlarla görüşməklə cavan qala bilib. Heç kim Laylanın yaşının 40-dan çox olduğunu deyə bilmir. Qadının dediyinə görə, o, 40 yaşından sonra özündən dəfələrlə gənc olan oğlanlarla münasibət qurmağa başlayıb. Layla bir dəfə 22 yaşlı hərbçi ilə ailə həyatı qurub, 27 yaşlı oğlanla isə nişanlı olub. İndi isə 61 yaşlı Layla ali məktəb tələbəsi ilə görüşür.

O, həyatı boyu 30-dan artıq gənc oğlanla sevgi münasibətində olub. Layla özündən gənc oğlanlarla, adətən, internet vasitəsilə tanış olur. Qadın deyib: "Bu vaxta qədər yaşı 40-dan çox olan kişi mənə yaxınlaşmayıb. Gənc oğlanlarla görüşməyim mənə cavan qalmağa kömək edib və həyata həvəs yaradıb. Gənc oğlanların yanında sanki vaxtın dayandığını hiss edirəm və ona görə də özüm də belə gənc qalmışam. Çünki gənc oğlanlar özündən yaşca böyük olan qadına qarşı daha hörmətlə yanaşır. Bir çox qadınlar mənə həsəd aparır. Onların fikrincə paltarın altında qalan bədən üzvlərim qırışdır. Ona görə, mən çimərlik geyimində şəkillər çəkdirərək "Facebook" sosial şəbəkəsində yerləşdirdim".

Laylanın 17 yaşı olarkən o, 27 yaşlı Markusla ailə həyatı qurub. Lakin 14 illik evlilik həyatından sonra Markus gənc qadına görə, Layladan boşanmalı olub. O, ikinci dəfə 41 yaşı olarkən 21 yaşlı hərbçi ilə ailə həyatı qurub. Lakin Devidin ailəsi yaş fərqinə görə onların boşanmasını tələb edib. Layla gənc qalmaq üçün pəhriz saxlayır və daim məşq edir.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR