• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Düşməninin nəvəsini oğulluğa götürən qadın – FOTOLAR

  • Maraqlı
  • 16 Yanvar 2015 14:37
  • 710 Baxış
Düşməninin nəvəsini oğulluğa götürən qadın – FOTOLAR

Yeva Mozes Korun və onun əkiz bacısı Miriamın 10 yaşı olarkən həyatları büsbütün dəyişdi.

Publika.az Auşvits həbs düşərgəsinin qurbanları olan əkiz bacıların həyat hekayəsini təqdim edir.

Bacılar Rumıniyada dünyaya gəliblər. Onlar da digər yəhudilər kimi mal-qara daşımaq üçün nəzərdə tutulan yük avtomobilinə mindirilərək, nasist Almaniyasına məxsus Auşvits ölüm düşərgəsinə aparılıblar. Əkiz bacılar bundan sonra öz yaxınlarını bir daha görməyiblər. Bu azmış kimi, onlar da "Ölüm Mələyi" adlanan həkim Mengelenin dəhşətli tibbi təcrübələrində iştirak ediblər.

Ağır sınaqlardan keçməsinə baxmayaraq, 80 yaşlı Yeva ona zülmkarlıq edən nasisti bağışlayıb. Bundan əlavə, yəhudi əsilli Yeva SS komandirlərindən birinin nəvəsini qeyri-rəsmi olaraq himayəsinə də götürüb.

Hadisə isə belə olub: İkinci Dünya müharibəsindən yarım əsr keçdikdən sonra Auşvitsdə 1.1 milyon insanın qətlə yetirilməsinə şahid olan Rudolf Hoessin nəvəsi Yevaya elektron məktub yollayıb. 49 yaşlı Reyner Hoess öz ailəsi ilə bütün əlaqələrini pozub. Nasist komandirinin nəvəsinin Yevaya dediyinə görə, o, babasına görə çox utanıb və imkanı olsa, onun törətdiyi vəhşiliklərə görə babasının qəbrinə belə tüpürməyə hazırdır. Rudolf Hoess 1947-ci ildə törətdiyi cinayətə görə edam olunub.

İki uşaq atası Reyner yaşlı yəhudi qadını ilə yazışaraq, həmsöhbətinin etiraz etməyəcəyi təqdirdə onun nəvəsi olmaq istədiyini bildirib və xahiş edib ki, qadın onu himayəyə götürsün. Yeva və Reyner görüşdükdən sonra yaşlı buna razılıq verib.

Yeva deyib: "Onun nənəsi olmağımla fəxr edirəm. Mən Reyneri çox sevirəm. O, ailəsində heç vaxt görmədiyi sevgiyə qovuşub".

Yeva bu sevgini "yoldaşlıq və emosional anlayış" adlandırıb. O deyib: "İkimiz də ayrı millət və dövlətdən olmağımıza baxmayaraq, bir-birimizə nənə və nəvə deyərək müraciət edirik. Bu iki xalqın barışığı üçün ümid verir".

Yeva və onun bacısı kəndləri almanlar tərəfindən işğal edildikdən sonra – 1944-cü ildə həbs düşərgəsinə aparılıb. Yeva valideynləri və bacılarını bir daha görməyəcəyindən heç şübhələnməyib də.

O deyib: "Bizi Auşvitsə gətirəndə içməyə su istədik. Almanlar isə əvəzində bizə möhkəm güldülər. Mən qorxaraq anama sığındım. Elə düşündüm ki, o, məni qoruya biləcək. Almanlar məni və əkiz bacımı anamdan ayırdılar. Biz heç vidalaşmağa da məqam tapa bilmədik. O, dünyanın ən yaxşı anası idi".

Bundan sonra Yeva və onun bacısı Miriamdan tibbi sınaqlardan istifadə olunmağa başlanılıb. Eksperimentlərin rəhbəri isə "Ölüm Mələyi" Cozef Mengele idi. Menqele bir-birinə bənzər əkiz bacılar üzərində müxtəlif təcrübələr aparırdı. Bacılardan birinə yatalaq və ya digər xəstəlik virusu yeridilirdi. Sonra isə sağlam bacıdan qan götürülür, bu qan xəstə bacıya yeridilir, prosesin necə davam etdiyi müayinə olunurdu.

Əgər eksperiment vaxtı əkizlərdən biri ölsə, o zaman onun əkiz tayı da qətlə yetirilirdi.

Həkim Yevaya ölümcül bakteriya yeridərək onu ağır vəziyyətə salmışdı. Tibbi müayinədən keçdikdən sonra Yevanın cəmi iki həftə ömrünün qaldığını deyiblər. Lakin xoşbəxtlikdən, Yeva və Miriam bu dəhşətli eksperimentlərdən sağ çıxa biliblər.

Yeva deyib: "Mənim ağlımda yalnız bir fikir vardı: ölsəm, Miriamı da qətlə yetirəcəklər".

Əkiz bacılar 1945-ci ilin yanvarında sovet qoşunları tərəfindən azad olunanadək sağ qalan 1500 insanın arasında olub. Yeva və Miriam Auşvitsdə olan 200 əkiz arasında yeganə sağ qalanlar idi.

Bundan sonra, Yeva həbs düşərgəsi və "Ölüm Mələyinin" əlindən necə xilas olması haqda kitab yazıb. O, kitabında nasistlərin törətdikləri əməlləri bağışladığını deyib. Yeva bildirib: "Mən onları bağışlamaq kimi gücə malikəm. Heç kim mənim gücümü əlimdən ala bilməz. Qurban kimi görünməkdən imtina etmişəm. Ona görə də mən daxilən azad insanam".

Miriam 11 il əvvəl böyrək xərçəngindən vəfat edib. Yeva isə öz təcrübələri haqqında mühazirələr yürütməklə, Holokost qurbanlarına zülmkarı bağışlaması üçün stimul verir.

Lakin Almaniyada yaşayan Reyner ötən əsrin 40-cı illərində törədilən cinayətlərin baiskarını bağışlaya bilmir. O deyib: "Onun (babası Rudolf Hoessin – red.) həyatımıza qarşı etdiklərini bağışlaya bilmirəm. Biz onun sayəsində bu ağırlığı uzun müddət daşımalı olacağıq".

Onlar hesab edirlər ki, Reyner nəslinin adını ləkələyib. Ailəsi babasının hərəkətlərindən utandığına görə Reyneri xainlikdə günahlandırıb. O, bu nəsildən olan yeganə insandır ki, 1946-cı ildə Britaniya qoşunları tərəfindən ələ keçirilərək, Nürnberq məhkəməsinə aparılan Rudolf Hoessin əleyhinə danışır.

Reyner deyib: "Bizim evdə diktatura rejimi qurulmuşdu və heç kim bununla razılaşmaya bilməzdi. Mən babama qəhrəman kimi yanaşmalı idim".

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR