• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Şindlerin siyahısı” haqqında həqiqətlər: 1200 yəhudi əslində necə xilas olub?

  • Maraqlı
  • 28 Aprel 2015 22:14
  • 2 157 Baxış
“Şindlerin siyahısı” haqqında həqiqətlər: 1200 yəhudi əslində necə xilas olub?

O, qadınların sevimlisi və Alman kəşfiyyatçıların dostu idi. Onun müəssisəsində 1200 yəhudi çalışardı. Buna görə də, ona "Dünya xalqlarının mömini" adı verilmişdi. O, hətta rejissor Spilberqin "Şindlerin siyahısı" filminin qəhrəmanı da oldu... Lakin ona "alçaq", "rüşvətxor", "satqın", "casus", "arvadbaz", "əyyaş" adını da verdilər.

Publika.az "Bizim tərcümə" layihəsində aprelin 28-də anadan olmuş alman sənaye sahibi və İkinci Dünya müharibəsi illərində 1200-dən artıq yəhudini xilas etmiş Oskar Şindler haqqında inanılmaz faktları ortaya qoyacaq...

Oskar Şindler 1908-ci il aprelin 28-də Svitava (Çexiya) şəhərində dünyaya gəlib. Şəhərdə 100-ə yaxın çex yaşayırdı, əksəriyyəti almanlar idi. 1924-cü ildə orta məktəbi bitirdikdən sonra Oskar atasının firmasında işləməyə başlayıb. İşgüzar səfərlərin birində Şindler gələcək arvadı Emili ilə tanış olub. Bu o Emilidir ki, ölümündən az öncə 90 yaşında "Şindlerin siyahısı" haqda əsl həqiqətləri danışacaq. Məlum olacaq ki, əslində siyahı Qoldman adlı bir şəxs tərəfindən tərtib olunubmuş. O, insanları siyahıya pul müqabilində əlavə edirmiş.

Pul yoxdursa siyahıda da yer yoxdur...

Oskar Şindler əvvəllər də, saxta pul əməliyyatları həyata keçirməklə məşğul olub. Şübhəli sövdələşmələrə görə ona "fırıldaqçı" adı qoyulmuşdu. O, qazandığı pulları əyləncəyə sərf edərdi.

Öz doğma şəhərində varlana bilmədiyi üçün Oskar Şindler Polşaya köçüb. Şindler orada kənd təsərrüfatı texnikasının satışı ilə məşğul olub.

Yəhudinin fabrikini aldı

Hitler qoşunları Polşanı işğal etdikdən sonra Oskar Şindler 1939-cu ildə NSDAP (Nasional Sosialist Alman Fəhlə Partiyası) partiyasına qoşulur. Bir qədər pul topladıqdan sonra Oskar əvvəllər yəhudi sahibkara məxsus olan metal qabların istehsal olunduğu fabriklərdən birini alıb. Krakov şəhərində yerləşən fabrik "Deutsch Emailwaren Fabrik" adını alır və ilk vaxtlarda Şindlerin öhdəliyində 100 nəfər çalışırmış.

Şindlerin müəssisəsi getdikcə dirçəlməyə başlayır. Həmin ərəfələrdə də Şindlerin Hitler siyasətinə baxışları dəyişir. Oskar Şindlerin fikirlərinin tamamilə dəyişməsinə nəyin səbəb olduğu tam məlum deyil. Hər halda, 1942-ci ildə ordu nəzarətçiləri fabrik ərazisinə yerləşdirilib. Oskar Şindler fabrikdə öz qayda-qanunlarını yeridirdi və hər vəchlə yəhudilərə kömək etməyə çalışırdı. Bir müddətdən sonra Şindlerin yəhudilərə yardım etməsi haqda informasiya ətraflara da yayılmağa başlayır. Ona görə də, Şindler problemi həll etmək üçün rüşvətə əl atmalı oldu. Şindler bir çox yüksək çinli məmurlarla da münasibət qurmağa çalışırdı. Bəzən, rüşvət az olduğundan Şindler həbsxanaya düşməli olurdu. Lakin hər dəfə bir yolla həbsxanadan çıxmağa macal tapırdı.

Şindlerin siyahısı necə yarandı?

Şindler mühasibinin məsləhəti ilə ölüm düşərgəsinə məhkum olmuş yəhudiləri nasistlərdən ucuz qiymətə alırdı. Sovet qoşunları Polşaya yaxınlaşanda nasistlər geri çəkilərək düşərgələrdəki minlərlə insanı məhv etməyə başladı. Şindler də öz müəssisəsini və işçilərini Berlin şəhərinə köçürdü.

Elə bu zamandan etibarən əfsanəvi "Şindlerin siyahısı" tərtib olunmağa başlanır. Şindler tərəfindən Holokost qurbanı olmaqdan yayınan yəhudi millətinin üzvləri sonradan "Şindlerin yəhudiləri" adını alacaq. Şindlerin müəssisəsində metal qablar əvəzinə artilleriya sursatları istehsal olunmağa başlandı. Amma Şindler qəsdən zay məhsul buraxırdı. 7 ay ərzində standartlara cavab verən bir dənə də olsun sursat hazırlanmadı.

ABŞ-a buraxılmadı

1945-ci ilin mayında sovet qoşunları Berlinə daxil olanda Oskar Şindler sağ qalan işçiləri toplayaraq vidalaşdı. Düşərgə geyimini geyinən Şindler və arvadı Emili Amerika qoşunları tərəfə keçdi. Onlar ümid edirdilər ki, amerika qoşunları Şindlerin ailəsinə atəş açmaz.

Oskar Şindler Polşa hərbi düşərgələrində 1098 insan həyatı xilas etdi. Şindler nasist partiyasının keçmiş üzvü kimi ABŞ-a buraxılmadı. Amma o, 1948-ci ildə Argentinaya gedə bildi. O, Amerikanın yəhudi komitəsindən aldığı pulları növbəti fırıldaqlı işə yatırmaq istədi,lakin uğursuzluqla qarşılaşdı. Şindler keçmiş nasistlər tərəfindən "xəyanətdə" ittiham olunurdu və heç kim ona kömək etməyə hazırlaşmırdı. Ona yalnız yəhudilər kömək əlini uzatdı.

Bundan sonra, Şindler müxtəlif ölkələrə səyahətə çıxır. 1967-ci ildə Holokost qurbanlarının şərəfinə ucaldılmış İsrail memorialı tərəfindən mükafat təltif olundu və ona "Dünya xalqlarının mömini" adı verildi.

Oskar Şindler 1974-cü ildə Hildesheym xəstəxanasında 66 yaşında vəfat edib. O, Qüds şəhərində Sion dağında dəfn edilib.

2001-ci ildə isə onun dul qalmış arvadı Emili vəfat edib. Emili ölməzdən əvvəl ərinin bütün sənədlərini Bonne muzeyinə təhvil verib.

Beləcə, "Şindlerin siyahısı" filminin nə dərəcədə saxta və uydurma olması ortaya çıxmağa başladı. Bu haqda çex yazarı Yitki Qruntovoy "Oskar Şindler haqqında həqiqət" kitabında yazıb.

2004-cü ildə Şindlerin bioqrafiyası haqqında yeni və maraqlı faktlar ortaya çıxdı. Faktlar Holokostun sağ qalmış şahidlərinin müsahibəsi və Şindlerin sevgilisinin qoruyub saxladığı sənədlərin sayəsində aşkarlandı.

Professor Krounun iddiasına görə, əslində heç bir "Şindlerin siyahısı" olmayıb. Tarixçi professorun sözlərinə əsasən, 1944-cü ildə siyahı tərtib olunan vaxt Şindler qəddar esesçi Amon Heteyə rüşvət verdiyi üçün həbsxanada olub. Onun mühasibi isə 1944-cü ilə kimi ümumiyyətlə Şindlerin müəssisəsində çalışmayıb.

Krounun yazdığına görə, 9 siyahı mövcud olub. İlk dörd siyahı Marsel Qoldberq tərəfindən hazırlanıb. Qoldberq Almaniyanın Müqavimət hərəkatının məxfi polisi olub. Şindler özü bu siyahıya bir neçə adamın adını daxil edib. Yerdə qalan 5 siyahının kim tərəfindən hazırlanması isə məlum deyil.

Şindlerin arvadı həyatının sonunda yazdığı "Mən, Emiliya Şindler" kitabında ölüm düşərgəsinin məhkumlarının bu siyahıya pul ya da qiymətli daşlar müqabilində düşdüyünü yazıb. Şindler polis zabiti Marsel Qoldbreqlə "qəniməti" bölüşərmiş.

Professor iddi edir ki, Şindlerin iki qanundan kənar övladı da olub. Ancaq o heç vaxt uşaqları ilə maraqlanmayıb. Krou hətta bir şeyi də qeyd edib: İsraillilər Şindlerə 1993-cü ildə "mömin" titulunu verib. Elə həmin ildə də Spilberqin "Şindlerin siyahısı" filminin çəkilişləri üçün Emili Şindler İsrailə gəlib.

Krou Şindlerin insan həyatını xilas etməsini şübhə altına almır. Lakin onun sözlərinə görə, Şindlerin ideallaşdıırlamsı da düzgün olmazdı.

Tərcümə: Nərmin

Xəbər lenti

DAHA ÇOX XƏBƏR