Adınız alnınıza yazılıb - ELMİ ARAŞDIRMA - FOTO
Bizi izləyin

Maraq dünyası

Adınız alnınıza yazılıb - ELMİ ARAŞDIRMA - FOTO

Biz gələcəkdə mədəni stereotiplər sayəsində insanların üzünə baxaraq adlarını tapmağı bacaracağıq. Bu iddianı İsrail alimləri irəli sürüb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, alimlər insanların qarşısındakı şəxsin xarici görünüşü əsasında onun adını tapmağa çalışacaqlar. Bu ehtimalın özünü doğrultması hələ ki, 38 faizdir.

İsrail alimləri Rut Meyo və Yonat Snebner bunun üçün könüllülər üzərində sınaq həyata keçiriblər.

Onlar könüllülərə təsadüfən seçilmiş insanların şəkillərini təqdim ediblər. Könüllülər insanların xarici görünüşlərinə əsasən onların adını təxmin etməyə çalışıblar. Bunun üçün iştirakçılara şəkil və 4 ad təklif edilib. Ehtimal nəzəriyyəsinə görə, bu halda insanların tanımadığı şəxslərin adını tapması 25 faizi keçməməli idi. Ancaq alimləri təəccübləndirən məqam doğru cavab faizinin 38-i aşması olub.

Bundan başqa, təcrübə zamanı hətta şəkildəki insanların üzləri bağlanır, sadəcə saç düzümləri görünürdü. Sadəcə saç düzümü doğru cavabı müəyyən etmək üçün bəzi hallarda yetərli olurdu.

Ancaq sınaqda xüsusi məqamlardan biri könüllülərin öz millətlərindən olan insanların adlarını daha yaxşı bilmələridir. Belə ki, fransıza israilli və ya əksinə şəkillərini göstərəndə ad tapma faizi dərhal enib.

Bəs insanlar tanımadıqları şəxslərin şəkillərinə baxaraq onların adını necə tapırlar?

Alimlər apardıqları araşdırmanın nəticələrini insanın adının xarici görünşünə təsir etməsi ilə əsaslandırıblar.

Məsələn, biz Qızılgül adlı bir qadının adını eşidəndə gözəl qadın görəcəyimizi düşünürük. Burada maraqlı bir məqam da var ki, insanlar da çox zaman adlarına uyğun görünməyə çalışırlar. Yəni Qızılgül adlı xanım gözəl olmaya bilər, amma o gözəl görünmək üçün çox şey edən biri olmalıdır. İnsanın xarici görünüşü ilə adını uyğunlaşdırmaq bacarığı da bir gerçəklikdir. Çünki kəllə tipi genetik olaraq ötürülür, lakin saç düzümünü ada uyğunlaşdırmaq insanın öz seçimidir.

İsrailli psixoloqlar izah edir ki, Elizabet adını daşıyanlar daha ciddi olur, onlar hər şeyə gülməzlər. Bu da öz növbəsində mimik qırışların və üz xətlərinin formalaşmasına təsir edir.

Bu layihə üzərində işləyərkən alimlər həm də könüllülərin şəxsi tanımaq üçün qarşısındakının üzərindəki hansı detallara əsas diqqət etdiyini öyrəniblər. Bunun üçün də şəkillər kompüter ekranında təqdim edilib. Xüsusi proqramla könüllülərin ilk hansı orqanlara baxdığına diqqət yetirilib.

Məlum olur ki, insanlar hər şeydən əvvəl gözlərə, ağıza və mimikalara daha çox diqqət yetirirlər. Kompüterin yaddaşına 94 min şəkil yüklənib, 64 faiz dəqiqliklə tapılıb.

Tədqiqat zamanı belə müəyyən edilib ki, iştirakçılar Tim adı ilə nisbətdə Bob adında birinin daha yumru sifət olacağını düşünür.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm