Dünyanın ilk rəngsiz qəhvəsi
Bizi izləyin

Maraq dünyası

Dünyanın ilk rəngsiz qəhvəsi

"Clear Coffee" (Təmiz qəhvə) adlı qəhvə bildiyimiz qəhvələrdən rəngsiz olması ilə seçilir.

Publika.az xəbər verir ki, su kimi şəffaf görünən qəhvə David və Adam Naqi qardaşları tərəfindən hazırlanıb.

Londonda yaşayan, əslən slovakiyalı qardaşlar iddia edirlər ki, "Clear Coffee"-nin ən əhəmiyyətli xüsusiyyəti aşağı kalorili olmasıdır.

Naqi qardaşları qəhvə istehsalında daha əvvəl istifadə olunmayan bir metoddan istifadə ediblər. Onların sözlərinə görə normal qəhvələrin hazırlanması zamanı işlənən qəhvə tumları kofein itkisinə uğrayır: ""Clear Coffee"-nin hazırlanması zamanı biz bu itkini yüksək keyfiyyətli, təbii kofein əlavə edərək kompensasiya edirik".

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm