Cadunu təmizləmənin yolları
Bizi izləyin

İnanc

Cadunu təmizləmənin yolları

Sehrdən Allaha pənah aparmaq və yardım istəmək lazımdır.

Bunu qeyd etmək lazımdır ki, insanın bu dünyadakı bütün çətinliklərini və ya hacətlərinin yerinə yetməməsini sehr və cadunun üzərinə atmaq olmaz. Çünki bu iş bəhanə olaraq, aqibətin xeyirli olmasına mane olan amillərdəndir. Çünki insan o zaman müvəffəqiyyət qazanar ki, səy edər və imanlı olar. (Həvzəh)

Sehr və cadunu aradan qaldırmağın bir çox yolları vardır ki, onlardan bəzisinə işarə edək:
1. Muhəmməd ibni İsa nəql edir ki, İmam Rzadan (ə) sehr barəsində soruşdum, Həzrət (ə) buyurdu: "Sehr həqiqətdir və Allahın izni ilə təsir edər. Nə zaman səni sehrləsələr, əllərini üzünün qarşısında qaldır və bu duanı oxu:
"بِسْمِ اللَّهِ الْعَظِیمِ بِسْمِ اللَّهِ الْعَظِیمِ
رَبِّ الْعَرْشِ‏ الْعَظِیمِ‏ إِلَّا ذَهَبَتْ‏ وَ انْقَرَضَت‏؛

Hədisi nəql edən İmama (ə) sual verir ki, bəs göz dəymək həqiqətdirmi?
İmam (ə) buyurur: "Bəli, əgər sənə göz dəysə, əllərinin içini gözünün qarşısında qərar ver və "Həmd" ("Fatihə"), "Tövhid" ("İxlas"), "Nas, "Fələq" surələrini oxu və hər iki əlini üzünə çək. Allah səni ziyandan qoruyacaqdır".
2. O kəs ki, sehr olunmuşdur, gərək yanında bu ayələri gözdirsin.
"Yunus" 81
"Əraf" 117-119
3. Bu ayə sehr olunmuş insana 7 dəfə oxunmalıdır:
"Qəsəs" 35
4. Sehrdən Allaha pənah aparmaq və yardım istəmək lazımdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm