İnanc
Ruhun bir bədəndən başqasına keçməsi mümkündürmü?
Dini mətnlərdə buna "tənasüx" deyirlər. Dünyəvi ədəbiyyatda "reinkarnasiya" adı ilə tanınır. Bu əqidə əsasən, qeyri-səmavi, bütpərəst şərq dinlərinə (hinduizm, caynizm, sintoizm, daosizm) xasdır. İslamda tənasüx batil sayılır. Çünki ruh hər şəxsin fərdi xüsusiyyətidir, insanın mahiyyətidir. Ruhun bir bədəndən başqa bədənə keçməsi mümkün deyil.
Bu halda həm Allahın ədalətsiz olduğunu, həm də axirət aləminin, qiyamətin, cənnət və cəhənnəmin yoxluğunu qəbul etməliyik. Əgər ruh bir bədəndən başqa bədənə keçərsə, axirətdə ona hansı bədəndəki həyatına görə əvəz veriləcək? Əgər ruhun yaşadığı həyatlardan birinə görə ona cəza verilsə, o biri "həyat mərhələlərinə" qarşı zülm edilmiş olar. Bu isə ilahi ədalətlə bir araya sığmaz.
Qurani-kərimin aşağıdakı ayələri tənasüxün batil olduğunu sübut edir: "Nəhayət, (müşriklərdən) birinin ölümü gəlib çatdığı zaman o belə deyər: "Ey Rəbbim! Məni geri (dünyaya) qaytar! Bəlkə zay etdiyim ömrümün müqabilində yaxşı bir iş görüm. Xeyr, bu, onun dediyi boş bir sözdür. Dirilib duracaqları günə (qiyamət gününə) qədər onların önündə maneə vardır" (Möminun, 99-100). (islam.az)
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR