Dırnaqlarını çəkdilər, şaxtada lüt gəzdirdilər, kürəyini mişarladılar, döşünü kəsdilər, ancaq danışmadı...
Bizi izləyin

Tarix

Dırnaqlarını çəkdilər, şaxtada lüt gəzdirdilər, kürəyini mişarladılar, döşünü kəsdilər, ancaq danışmadı...

17 yaşlı partizan qız almanların əlinə keçəndə adının Tanya olduğunu demişdi. Ancaq əslində adı Zoya idi və “Zoya” da həyat demək idi.

Moskvada bir lisey şagirdi olan 17 yaşlı Zoya 1941-ci ilin iyun ayında faşist Alman işğalına qarşı döyüşmək üçün könüllü olaraq qadın partizan dəstələrinin birinə qoşulur. Anası onu bu fikrindən döndərməyə çalışsa da bacarmır.

Zoya partizan olaraq Qərb cəbhəsinə, 9903-ə göndərilir. Oktyabr ayında Zoyanın qoşulduğu dəstə Naro-Fominsk yaxınlığındakı Obukxovo kəndinə, Almanlar tərəfindən işğal edilən torpaqlara girir. Zoya 27 noyabrda bir Alman süvari alayının yerləşdiyi Petrişevo kəndini yandırmaq əmrini alır. Zoya Almanların işğalındakı Petrişevo kəndində bir tövləni və bir neçə evi yandırır. Başqa bir evi yanıdırarkən partizanlar arasındakı bir şüşə arağa satılmış satqınların əli ilə alman əsgərləri Zoyanı tutur. Onu hərbi mərkəz olaraq istifadə etdikləri balaca evə aparırlar. Komandir şəxsən özü Zoyanı sorğu-sual edir, onunla rus dilində danışır. Ondan "Kimsən?” deyə soruşan polkovniklə təxmini belə bir dialoq yaşanır:

- Deməliyəm!

- Tövləni sən yandırmısan?

- Bəli!

- Məqsədin nə idi?-

- Sizi məhv etmək!

Səssizlik...

- Ön cəbhə xəttini nə vaxt keçdin?

- Cümə günü.

- Çox sürətli gəlmisən bura!

- Niyə vaxtı boşa xərcləyəydim?

Zoyanı onu kimin göndərdiyini və yoldaşlarının harada olduqlarını söyləməyə məcbur tsələr də Zoya ancaq "Xeyr! Bilmirəm, deməyəcəyəm" cavabını verir. Bundan sonra kəmərlər havada şaqqıldayır, qızı kəmərlə şallaqlamağa başlayırlar. Alman əsgərlərindən biri buna dözməyərək mətbəxə keçir və başını əllərinin arasında sıxıb oturur. Zoyanı şallaqlayanlar isə qəhqəhə çəkib gülürlər. Ev sahibinin saydığına görə Zoyaya düz 200 kəmər zərbəsi endirilir. Sonra bir daha soruşurlar və Zoya zəif səslə yenə də “Xeyr! Deməyəcəm!” cavabını verir.

İstintaq bitdikdən sonra Zoya alnında, qolları və ayaqlarında qaraya oxşar geniş qançırlar əmələ gəlir. Yarı çılpaq və ayaq yalın olan Zoyanın əllərini arxasında bağlayırlar. Qanla dolmuş ağzını, şişmiş dodaqlarını bağırmasın deyə bağlayırlar. Zoya su istəyir, evin sahibi olan rus əlində bir stəkan su gətirir, ancaq Alman nəzarətçi masanın üzərindəki yanan kerosin lampasını Zoya ağzına tutur. Rus Zoya üçün yalvarmağa başlayır. Alman ona bağıra-bağıra mızıldanır, ancaq könülsüz şəkildə razılaşır. Zoya iki stəkan dolusu su içir. Sonra əsgərlər iqamətgahda toplanırlar, qızın ətrafını bürüyərək əylənməyə başlayırlar. Bəziləri onu yumruqlayır, digərləri yanan kibriti çənəsinin altına saxlayır, başqa birisi isə Zoyanən kürəyini mişarla kəsir. Əsgərlər kifayət qədər əyləndikdən sonra dağılırlar. Nəzarətçi tüfəngini dərhal atəşə hazır vəziyyətə gətirir və Zoya ayağa qalxıb evdən çıxmasını əmr edir. Onu zorla küçəyə aparır. Süngüsünü demək olar ki, Zoyanın kürəyinə dəyir. Ayaqyalın, alt paltarlarından başqa üzərində paltarı olmayan Zoyanı -20 dərəcə soyuqda işgəncə üçün yetərli olacaq qədər qarın üzərində gəzdirir. Zoya axşam saat 10-dan səhər saat 2-ə qədər qərargahda nəzarətdə saxlanılır və hər saatdan bir nəzarətçi onu 15-20 dəqiqəlik küçəyə çıxardır.

Sonra başqa bir nəzarətçiyə təhvil verilirı. Bu dəfəki isə digərindən fərqli olaraq bir qədər mülahim olur və Zoyanı küçəyə çıxmağa məcbur etmir. O, Zoyanın qollarını açır, ev sahiblərindən yastıq alıb Zoyanın yatmasına icazə verir. Yatıb yatmadığı dəqiq bilinməsə də gecə boyu Zoyadan bir səs çıxmır. Səhər əsgərlər yenə gəlir və biri Zoyadan yenidən soruşur:

- Bizə kim olduğunu söylə!

- Bizə Stalinin harada olduğunu de! Haradadır səni xilas edəcək Stalin?

- Stalin vəzifənin başında! Hamımız kimi!

Ev sahibi və arvadı mühakimənin davamını eşidə bilmir. Çünki bundan sonra onları evdən çıxarırlar və sorğu, işgəncə bitənə qədər içəri buraxmırlar. Həmin ərəfədə Almanlar Zoyanın dırnaqlarını belə çəkib çıxarırlar.

Səhər saat 10 radələrində isə onlar Zoyanı geyindirirlər, sinəsinə üzərində "Ev fitnəkarı!" yazılmış lövhə asırlar. Zoyanı meydana qurulmuş edam ağacının yanına aparırlar. Kənd sakinləri də zorla edamı izləməyə gətirilir. Zoyanı asmağa hazılaşarkən qızcığaz fürsətdən istifadə edib kəndlilərə doğru qışqırır: "Yoldaşlar! Niyə bu qədər üzgününsünüz? Mən ölməkdən qorxmuram! Mən xalqım üçün ölməkdən xoşbəxtəm! Cəsarətli olun! Almanlara qarşı müharibə edin, onları zəhərləyin!" Alman əsgəri Zoyaya yaxınlaşıb ağzından vurmağa çalışır, ancaq o başını geri çəkib bu dəfə də Alman əsgərlərə dönərək çığırır: "Siz məni indi asacaqsınız, amma mən tək deyiləm. İki yüz milyon insanıq və siz bizim hamımızı asa bilməyəcəksiniz! Yoldaşlarım mənim intiqamını sizdən alacaqlar. Almanlar! Gec olmadan təslim olun! Qələbə bizim olacaq!” Boğazındakı ip nəfəsini kəsmədən Zoya var qüvvəsi ilə qışqırır: "Əlvida, yoldaşlar! Müharibədən qorxmayın!"

Zoyanın cansız cəsədi düz bir ay ərzində oradan asılı qalır. Yeni il ərəfəsində bir dəstə sərxoş Alman onun cəsədini bıçaqlayır, sol döşünü kəsirlər. Bundan sonra komandir bu cinayətlərini gizlətmək üçün Zoyanı basdırmağa qərar verir.

Zoya əslində azadlığın tələb edilərək deyil, ancaq yolunda bədəl ödəyərək qazanıla biləcəyini göstərir. Zoya adının mənası söz olaraq həyat deməkdir. Həyatda isə ancaq Zoya kimi insanlar var olanda məna daşıyır.

Qeyd edək ki, Zoyanın qoğulduğu partizan dəstəsindəki min nəfərdən yalnız yarısı müharibədən sağ çıxır. Zoyaya ölümündə sonra Sovet İttifaqı Qəhrəmanı adı verilir. Heykəli ucadılır, haqqında yazılar yazılır.

Türk şairi Nazim Hikmət də Zoyaya şeir yazır. Nazim Hikmət bu şeiri yazdıqdan sonra 1951-ci ildə Moskvaya gedir. Təyyarə hava limanına enəndə Nazim Hikmət gözləmədiyi bir coşquyla qarşılanır, yazıçı və şair dostları ona qucaq dolusu güllər verir. Arxa tərəfdən isə ona bir qadın yaxınlaşıraraq bir gül uzadıb belə deyir: "Mən Zoyanın anasıyam, həbsxanada yazdığınız Zoya şeirinin qəhrəmanı mənim qızımdır!” (moderator.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm