• USD 1,7000 0,00% EUR 1,9906 +0,01%
    • GBP 2,2728 +0,01% RUB 0,0276 -0,36%

İŞİD-in yer üzündən sildiyi 10 möhtəşəm MEMARLIQ ABİDƏSİ - FOTOLAR

  • Tarix
  • 1 Sentyabr 2017 14:10
  • 2 023 Baxış
İŞİD-in yer üzündən sildiyi 10 möhtəşəm MEMARLIQ ABİDƏSİ - FOTOLAR

Kimsə İŞİD-i dövlət, kimsə terrorçu təşkilat adlandırır, amma fakt dəyişməz olaraq qalır - İŞİD Yaxın Şərqin bir çox mədəni dəyərlərini məhv edib və buna davam edir. Bu destruktiv və açıq vəhşiliyin səbəbini qondarma İslam dininə yönəlik səhv inancın formalaşması kimi qələmə almaq olar.

Publika.az İŞİD-in məhv etdiyi 10 möhtəşəm tarixi abidəni tərtib edilən icmalla oxucuların diqqətinə çatdırır.

1. Tal-Afar qalası

Osmanlı imperiyası tərəfindən tikilmiş Tal-Afar istehkamını 2005-ci ildə ABŞ qüvvələri döyüş bazası kimi istifadə edirlər. Çünki təpənin zirvəsində yerləşən bu qaladan bütün şəhər çox gözəl görünür. 2014-ci ildə bu qala “İslam dövləti” tərəfindən ələ keçirilir. Terrorçular qalanı qadınlar türməsi kimi istifadə edirdilər, hansı ki, ələ düşən qadınları oradan seks-kənizlər kimi satırdılar. 31 dekabr 2014-ci ildə İŞİD qalanın şimal və qərb divarlarını partladır, eləcə də satış üçün artefaktlar tapmaq məqsədilə tamam viran qoyur.

2. Nineviya şəhərində Lamassu

Nineviya – dünyanın ən qədim şəhərlərindən sayılır. 8000 ildir ki, mövcud olan abidələr “İslam dövləti”nin vəhşiliyinə tab gətirə bilmir. İnsan başlı qanadlı öküz heykəllər min illər bundan əvvəl qədim şəhərin divarlarında həkk olunub və şəhərin keşiyində dayanıb. Lamassu adlanan bu artefakt qədimdə Assuriya allahı hesab olunurdu və qoruyucu mənasını verirdi. Buna görə də, təəccüblü deyil ki, bu heykəltəraşlıq nümunələri əsasən şəhərin girişində əks olunub. Min illər şəhəri qoruyan Lamassu İŞİD-dən heç özünü də qoruya bilmir.

3. Baş Tapiya qəsri

12-ci əsrdə tikilmiş bu qəsr Mosulun 7 qalasından biri kimi inşa edilib. Baş Tapiya qəsri uzun illər ərzində çoxsaylı mühasirələrə və döyüşlərə tab gətirir, nəhayət, İŞİD terrorçilarının əlilə 2015-ci ilin aprelində “öldürülür”. “İslam Dövləti” Baş Tapiyanın məhv edilməsinin səbəbi kimi "islam prinsiplərinə uyğun gəlmir" uydurmasını bəhanə gətirir.

4. Mosulun mərkəzi kitabxanası

Dünyaya meydan oxuyan barbarların növbəti hədəfi Mosul mərkəzi kitabxanası olur. Mərkəzi kitabxana tamamilə dağıdılıb, və bir çox qədim papiruslar yandırılıb. Bu, bəşəriyyət üçün böyük itkidir, çünki bəzi artefaktların 7000 ildən artıq yaşı var idi. Yayılmış videolardan görə bilirik ki, bir sıra yaşlı insan kitabxananın yanında dayanaraq, yaraqlılardan abidəni “bağışlamaqları” üçün yalvarırlar. Yaraqlılardan biri cavab verir ki, “bu kitablar Allaha itaətsizliyə çağırır, ona görə də onlar məhv olacaq”. Məhv edilmiş əşyalar arasında 8 min nadir kitab və əlyazmalar var idi, hansı ki, artıq bərpa etmək mümkün deyil.

5. Yunus peyğəmbərin məscidi

Yunus Peyğəmbər qərb dünyasında daha çox İon kimi tanınır. Balinanın udduğu Yunus peyğəmbər haqqında həm İncildə, həm də Quranda bəhs olunur. Məscid ələ keçirildikdən sonra “İslam dövləti”nin döyüşçüləri məscidin daxilində quraşdırdıqları partlayıcı qurğularla abidəni tamamilə dağıtmışlar. Məscidin 1400 ildən çox yaşı var idi və əvvəllər Assuriya kilsəsi kimi tikilmişdi. Daxildə balinanın dişi və bir sıra digər əşyalarla bəzədilmiş bir tabut yer alırdı. Hesab edilir ki, orada Yunus peyğəmbərin cəsədinin qalıqları saxlanılırdı.

6. Xorsabad şəhəri

Dur-Şarrukin - indiki Xorsabad şəhəri e.ə. 722-ci ildən 705-ci ilə qədər çar II Sarqon hakimiyyəti dövründə Assuriyanın paytaxtı sayılırdı. Assuriya incəsənətinin bizə qalan mühüm tarixi və arxeoloji memarlıq abidəsi idi. Şəhər xüsusi olaraq hökmdar II Sarqon üçün inşa olunmuşdu. Xoşbəxtlikdən, onun eksponatlarının bir çoxu Bağdad, Paris, London və Çikaqo muzeyləri tərəfindən götürülüb. Amma bəziləri isə Mosul muzeyində saxlanılırdı ki, buranı da “İslam dövlət”i məhv edib. Xorsabadın öyrənilməsi tarixçılər üçün qədim Assuriya mədəniyyəti haqda zəngin məlumatlar vermişdi. Lakin 2015-ci ilin martında qədim Dur-Şarrukin tamamilə məhv edilir.

7. Mosul şəhərinin muzeyi

Mosulu ələ keçirən terrorçu dəstələr tezliklə bu şəhərin muzeyini qarət etməyə başladılar. Bu vandalizmi belə əsaslandırırdılar ki, orada çoxlu çoxallahlılıqla bağlı eksponat var. Assuriya imperiyasına və qədim Xatra şəhərinə məxsus eksponatlar məhv edilir. İraqın Milli muzeyinin məlumatına görə, hökumət başa düşür ki, şəhər işğal olunur və eksponatların bir çoxunu Bağdada - onların təhlükəsizliyini təmin etmək üçün aparılır. Lakin muzeydə 300-ə yaxın eksponat qalır və terrorçular tərəfindən yer üzündən silinir.

8. Xatra şəhəri

Şəhər eramızdan əvvəl ikinci və ya üçüncü əsrdə tikilmiş Selevkilər dövlətinə məxsus idi. YUNESKO-nun dünya irsi siyahısına daxil edilib. Şəhərin xarabalıqları son 1400 il ərzində çoxsaylı islam imperiyalarında özünü qoruya bilsə də, İŞİD qərara gəlir ki, Xatra islam dəyərlərinə cavab vermir və məhv edilməlidir. Yaraqlılar bir neçə artefaktı toplayıb satışa çıxardıqdan sonra demək olar ki, şəhəri tamam dağıtdılar. Bu hərbi cinayət şəhərdə qorunan Apollon və Poseydon heykəllərini də özünə qurban edir.

9. Palmira şəhəri

Yəqin ki, arxeologiyanın ən qədim abidəsi İŞİD tərəfindən dağıdılmış Palmira şəhəridir. Çünki məhz bu şəhərdə hələ Neolit dövrünə aid insan məskənləri tapılıb. Təsəvvür edin, Palmira şəhəri haqda bilgiyə ilk dəfə hələ 4000 il bundan əvvəlki yazılarda rast gəlmək olur. Tarixi sənədlərdə deyilir ki, bu şəhərdə çox hündür sütunlar mövcud olub. Arxeoloqlar, təfsirçilər Bela məbədinin məhtəşəmliyini xüsusi qeyd ediblər. Təəssüf ki, bütün bu binalar dağıdılıb, tarixi əks etdirən hər bir eksponat “İslam dövləti” tərəfindən məhv edilib.

10. Nimrud şəhəri

Nimrud şəhəri Assuriya imperiyası tərəfindən 3200 il bundan əvvəl inşa olunub. Orada imperiya haqda çoxlu sayda artefaktlat var idi. Bir neçə heykəl – Lamassu ağır çəkiclərlə dağıdılıb, Nimrudun digər qalıqları buldozerlərlə uçurulub. “İslam Dövləti” bu varvarlığı tam olaraq videoya çəkib və “Youtube”da yerləşdirib. 2015-ci ildə dağıdılan şəhər qədim memarlıq abidəsi kimi İraqda ən böyük arxeoloji obyektlərdən sayılırdı. Nimruddakı Kral qəbirləri, məqbərələr 20-ci əsrin ən mühüm arxeoloji tapıntıları hesab olunurdu. Lakin onlar da insanlığın ən böyük ləkəsi “İslam dövləti” tərəfindən tamamilə dağıdıldı.

Zaur H.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>