Daş dövrünə canlı şahidlik etmək istəyirsinizsə...
Bizi izləyin

Tarix

Daş dövrünə canlı şahidlik etmək istəyirsinizsə...

Sabah Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olan bütün tarix və mədəniyyət abidələrinə, muzeylərə giriş ödənişsiz olacaq.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, bu fürsətdən ölkə vətəndaşları ilə yanaşı, xarici turistlər də istifadə edə bilərlər.

27 sentyabr - Dünya Turizm Günü ənənəvi olaraq ölkəmizdə də müxtəlif tədbirlərlə qeyd olunur. Prezident İlham Əliyevin 2016-cı ildə imzaladığı sərəncama əsasən, əlamətdar tarix Azərbaycanda turizm işçilərinin peşə bayramı günü elan edilib. Dünya Turizm Günü və ölkəmizin turizm işçilərinin peşə bayramı münasibətilə bu il də çeşidli tədbirlər nəzərdə tutulub.

Sentyabrın 27-də mətbuat nümayəndələri üçün brifinq və Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və nazirliyin Milli Turizm Təbliğat Bürosunun təşkilatçılığı ilə konsert proqramı təqdim olunacaq.

Qeyd edək ki, Azərbaycan Respublikası 2001-ci ildən Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının (UNWTO) üzvüdür. BMT Baş Məclisinin 70-ci sessiyası 2017-ci ili “Beynəlxalq davamlı turizm ili” elan edib. “Beynəlxalq davamlı turizm ili”ndə Dünya Turizm Təşkilatının İcraiyyə Şurasına Azərbaycan Respublikası sədrlik edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm