Tarix
Osmanlı sultanının qızı onu niyə sevmədi? - Atatürk haqda bilmədiklərimiz
Türkiyə Cümhuriyyətinin tarixində mühüm rol oynayan
Mustafa Kamal Atatürkü tanımayan insan demək olar ki, yoxdur. Ancaq
əksəriyyəti bəlkə də təqdim edəcəyimiz məlumatlardan
xəbərsizdir...
Beləliklə, Atatürk haqda bilmədiklərimiz...
1. "Atatürk" xitabını ilk dəfə Türk Dil Qurumu rəhbəri işlədib.
Mustafa Kamal da bunu bəyənib və soyadı kimi götürüb. Ancaq "ata"
xitabını heç sevmirmiş.
2. Ən sevdiyi yemək lobya supu və plov olub.
3. Zəngin kitabxanaya sahib olan Atatürk yanında həmişə Rəşad Nuri
Gültəkinin "Çalıquşu" kitabını gəzdirir və gündə ən azı iki səhifə
oxuyurmuş.
4. Ən böyük arzusu dünya turuna çıxıb, türk dili və tarixi ilə
bağlı fəaliyyətini genişləndirmək olub.
5. Köynəklərinin hamısı ağ olub. Bu köynəklər əvvəllər İsveçrədə
xüsusi olaraq Atatürk üçün tikilsə də, sonradan yerli mallardan
daha çox istifadə edilməsi kampaniyası çərçivəsində Türkiyədə
tikilməyə başlayıb.
6. Kostyumlarının dizaynını özü verirmiş. Göy rəng ən sevmədiyi
rəng imiş.
7. Boyu 1.74 sm olub. Son vaxtlarına qədər çəkisi 76 kq olsa da,
xəstələnəndən sonra sürətlə arıqlayaraq 46 kq-a düşüb.
8. Həyatının çoxunu döyüşlərdə, cəbhələrdə keçirən Atatürk
prezident olduğu illərdə çox sıxılır, xalqdan, sadə həyatdan
uzaqlaşdığına görə təəssüflənirmiş.
9. Səhər yeməklərini sevmirmiş. Yerindən duran kimi divanın üstündə
bardaş qurub, qəhvəsini içir, siqaret çəkirmiş. Siqaret onun ən
zəif yeri olub, gündə 8 paket çəkirmiş.
10. Evində, ətrafında, hətta qonaq getdiyi evlərdə əyri duran
əşyaları düzəltməmiş oturmurmuş.
11. Kəndlinin biri qəzet kağızına bükülmüş siqareti çəkəndə əli
yanıb və "Aparın bunu, özü çəksin" deyərək Atatürkü söyüb.
Məhkəməyə çıxarılan kəndli haqda Atatürkə məlumat verəndə: "Onu
məhkəməyə aparmaqdansa, normal bir siqaret verərdiniz, çəkərdi", -
deyib.
12. Çanaqqala qələbəsi ilə məşhurlaşan gənc Atatürk həmin illərdə
axırıncı Osmanlı hökmdarı Sultan Vahidəddinin kiçik qızı Səhibə
Sultana evlilik təklifi edib. Səbihə Sultan isə başqasını sevdiyi
üçün illər sonra Türkiyə Cümhuriyyətinin əsasını qoyacaq Atatürkün
təklifinə "yox" deyib.
13. Getdiyi səfərlərdə kəsilən qurbanlara baxmamaq üçün ya arxasını
çevirər, ya da qurban kəsilməsini istəməzmiş.
14. Hərbi liseydə öyrənməyə başladığı fransız dilini sonralar
inkişaf etdirib. Danışanda bəzən fransız sözləri işlədirmiş.
15. Qumar sevməsə də, dostları ilə lobya supundan mərc gəlib
oynayırmış.
16. Yəqin ki Atatürkün ən qəribə xasiyyəti müharibələrdə,
döyüşlərdə iştirak etməsinə baxmayaraq, qan görəndə halının
pisləşməsi olub.
17. Hər gün at çapır, üzür və bilyard oynayırmış.
18. Təhsil illərində ən yaxşı oxuduğu dərs riyaziyyat olub.
19. Yaltaqlığı heç sevmirmiş. Axşam yeməklərinin birində ona
lazımsız təriflər yağdıran Əbdülhak Həmidin sözünü kəsərək etiraz
edib.
20. Quşları çox sevən Atatürk Çankaya Köşkündə göyərçin
saxlayırmış.
Atatürkün həyatındakı "9" mistikası
Türkiyə tarixinin mühüm siması Mustafa Kamalın həyatında "9"
rəqəminə həddən çox rast gəlinir. Məsələn, elə doğulduğu ili
götürək - 1881.
1+8=9; 8+1=9; 18=2x9; 81=9x9; 18+81=99
Hərbi məktəbə daxil olduğu il: 1899
Vətəni qorumaq üçün Samsuna getməyi: 19/05/1919
Samsuna yola düşdüyü "Bandırma gəmisi"ndəki sərnişinlərin sayı: 19
nəfər.
Sivas konqresində Anadolu və Rumeli Müdafiə Hüquq Cəmiyyəti
Heyətini qurub: 04/09/1919
Deputatlığa namizədliyi 19.10.1919-cu il tarixdə qəbul edilib.
Atatürk 19-cu əsrdə 19 il yaşayıb.
Atatürkün ilk hərbi xidməti 19-cu Kolordu Komandirliyi olub.
Mustafa Kamal Atatürk - 19 hərfdən ibarətdir.
Şəxsiyyət vəsiqəsinin seriya nömrəsi - 993814-B olub./kulis.az
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR