Prezident bu saytları bloklamağa İCAZƏ VERDİ
Bizi izləyin

MDB

Prezident bu saytları bloklamağa İCAZƏ VERDİ

Rusiya prezidenti Vladimir Putin məhkəmə icraçılarının saytların bloklanmasını tələb etməsinə icazə verən qanunu imzalayıb.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, sənəd hüquqi informasiya portalında dərc edilib.

Qanuna əsasən, zərərçəkən onun şərəf və ləyaqətini ləkələyən məlumatların silinməsini saytlardan tələb edə bilər. Əgər resurs sözügedən məlumatların silinməsi haqqında məhkəmənin qərarına əhəmiyyət verməsə, məhkəmə icraçıları saytın bloklanması haqqında qətnaməni çıxartmaqda və onu “Roskomnadzor”a (Rusiyanın dövlət tele-kommunikasiya tənzimləyicisi - red.) göndərməkdə haqlıdır.

Qanun layihəsinin aprelin 2-də hakim “Vahid Rusiya” Partiyasından olan deputatlar Dövlət Dumasına təqdim etmişdilər. Layihə aprelində 12-də Dövlət Duması tərəfindən qəbul edilib, 18-də isə Federasiya Şurası tərəfindən bəyənilib.

Sənədin müəlliflərinin fikrincə, qanunun icrası vətəndaşların qanuni maraqlarının müdafiəsinə imkan yaradacaq.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm