Qroznıda kilsəyə hücumun altından bu təşkilatın adı çıxdı
Bizi izləyin

MDB

Qroznıda kilsəyə hücumun altından bu təşkilatın adı çıxdı

İŞİD terror qruplaşması Çeçen Respublikasının paytaxtı Qroznıda kilsəyə hücuma görə məsuliyyəti üzərinə götürüb.

Publika.az xəbər verir ki, ötən gün baş verən hadisədə cinayətkarlar insanları girov götürmək üçün Qroznının mərkəzindəki kilsəyə hücum ediblər. Hücum nəticəsində kilsəni mühafizə edən 2 polis əməkdaşı və 1 ziyarətçi həlak olub. Daha 2 asayiş keşikçisi isə yaralanıb.

Silahlılar xüsusi əməliyyatla zərərsizləşdiriliblər. Onların şəxsiyyəti müəyyən edilib. Çeçen Respublikasının rəhbəri Ramzan Kadırov bildirib ki, silahlılardan ikisi Qroznı yaxınlığındakı kənddə yaşayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm