"Dəli Kür"ün Şamxalı reanimasiyada: vəziyyəti ağırdır
Bizi izləyin

Mədəniyyət

"Dəli Kür"ün Şamxalı reanimasiyada: vəziyyəti ağırdır

Azərbaycanın tanınmış kinorejissoru, əməkdar incəsənət xadimi Fikrət Əliyev xəstəxanaya yerləşdirilib.

Bu barədə "Report"a kinorejissorun ailəsindən məlumat verilib.

Həkimlər kinorejissor Fikrət Əliyevin vəziyyətinin orta-ağır olduğunu bildirib.

Reanimasiya şöbəsinə yerləşdirilən rejissorun yanına ailə üzvlərindən başqa heç kim buraxılmır.

Xatırladaq ki, Fikrət Əliyev 1939-cu il dekabrın 12-də Bakıda anadan olub. 1966-cı ildə M.A.Əliyev adına ADİİ-nin aktyorluq fakültəsini, 1972-ci ildə Moskvada ÜDKİ-nin iki illik ali ssenari və rejissorluq kurslarını bitirib. 1966-cı ildən "Azərbaycanfilm" kinostudiyasında işləyir.

"Qızıl uçurum", "Qoca palıdın nağılı", "Yuxu", "Axırıncı dayanacaq" bədii filmlərinin və onlarla "Mozalan" satirik jurnalı üçün çəkilən qısametrajlı filmlərin rejissorudur. Görkəmli kinorejissor Hüseyn Seyidzadənin ekranlaşdırdığı "Dəli Kür" bədii filmində Şamxal rolunu ifa edib.

Fikrət Əliyevin çəkdiyi sonuncu bədii film "Axırıncı dayanacaq" adlanır. Film qocalar evində yaşayan insanların həyatından bəhs edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm