Azərbaycan beynəlxalq foruma hazırlaşır
Bizi izləyin

Mədəniyyət

Azərbaycan beynəlxalq foruma hazırlaşır

Bu gün Beynəlxalq Muğam Mərkəzində 18-19 may tarixində Bakıda keçiriləcək III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıqla bağlı toplantı keçirilib.

Publika.az xəbər verir ki, tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin məsul əməkdaşları, nazir müavinləri, Daxili İşlər, Xarici İşlər, Təhsil, Gənclər və İdman nazirliklərinin, Dini Qurumlarla İş, Ailə, Qadın və Uşaq Problemləri üzrə dövlət komitələrinin nümayəndələri iştirak ediblər.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə əsası qoyulan «Bakı prosesi» dövlətimizin müxtəlif mədəniyyətlərin, etnik, dini qrupların birgə yaşama ənənələrinə və bəşəri dəyərlərin təşviqinə göstərdiyi dəstəyin təsdiqidir: “Bakı prosesi bu gün bütün dünyada, beynəlxalq aləmdə dialoq sözünün sinonimi kimi qəbul edilir. «Bakı prosesi» və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dünyada sülh və əməkdaşlığın qorunmasına xidmət edir. Azərbaycanda mədəniyyətlərin dialoq məsələsi hər hansı süni ideologiyaya söykənmir, bu, xalqımızın tarixən malik olduğu mehriban birgə yaşama mədəniyyətidir və bizim milli dəyərlərimizdə bu faktor önəmli rol oynayır”.

Vurğulanıb ki, Forum beynəlxalq münasibətlər sistemində mədəniyyətlərarası dialoq və multikulturalizm kimi dəyərlərin təbliğində ölkəmizin əhəmiyyətli rolunu bir daha təsdiqləyir. Forum Prezident İlham Əliyevin təşəbbüsü olmaqla, nüfuzlu beynəlxalq qurumları - UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Birləşmiş Millətlərin Ümumdünya Dünya Turizm Təşkilatı, Avropa Şurası və İSESCO-nu tərəfdaş kimi cəlb edən yeganə platformadır.

Əbülfəs Qarayev qeyd edib ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təkcə Azərbaycanın deyil, dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarının bilavasitə iştirak və idarə etdiyi bir tədbirdir: «Ona görə də biz bu məsuliyyəti dərk etməliyik. Forum ölkə rəhbərinin fərmanına uyğun olaraq iki ildən bir keçirilir. Fərmana əsasən, Azərbaycanda tədbirə məsul qurum Mədəniyyət və Turizm Nazirliyidir».

Nazir digər dövlət qurumlarının nümayəndələrinə toplantıya qatıldıqlarına görə təşəkkür etdi və bildirdi ki, III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna cəmi 10 gün qalıb. Ölkə Prezidenti vaxtaşırı olaraq hazırlıq məsələləri ilə maraqlanır.

Forumun iyun ayında Azərbaycanın ev sahibliyi edəcəyi I Avropa Oyunları ərəfəsində keçirildiyini diqqətə çatdıran Əbülfəs Qarayev bu üzdən tədbirin geniş təşkilatçılıq baxımdan mühüm bir sınaq olduğunu da vurğulayıb.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm