Lobyalı, pendirli salat – Resept
Bizi izləyin

Mətbəx

Lobyalı, pendirli salat – Resept

Publika.az-ın mətbəx bölməsi fərqli təamı ilə ağız dadınızı dəyişəcək lobyalı, pendirli, toyuqlu salatın reseptini təqdim edir:

İnqrediyentlər:

Qaynadılmış toyuq filesi 300 qram

Qaynadılmış və ya konservləşdirilmiş lobya - 200 qram

Pendir - 150 qram

Konservləşirilmiş qarğıdalı - 400 qram

Duza qoyulmuş xiyar - 3-4 ədəd

Qara çörək - 3 dilimi

Sarımsaq - 1 diş

Duz, mayonez, bir dəstə cəfərini

Hazırlanması:

1. Sarımsağı təmizləyin, sürtgəcin kiçik gözündən keçirin. Çörəyi kubik şəklində doğrayın, duz və sarımsaq vurub tavada yağsız qızardın. Toyuq döşünü də kiçik tikə şəklində doğrayın.

2. Duza qoyulmuş xiyarı kubik şəklində doğrayın. Qarğıdalının suyunu süzün. Pendiri kibrit çöpü uzunluğunda doğrayın. Cəfərini də xırda doğrayın. Bütün inqrediyentləri qarışdırın, mayonez vurun.

Nuş olsun!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm