Körpələr üçün dadlı püre
Bizi izləyin

Mətbəx

Körpələr üçün dadlı püre

Çox vaxt gənc analar körpəyə nə yedirəcəklərini bilmirlər. Halbuki körpə ana südü ilə yanaşı digər qidalara da yavaş-yavaş öyrəşməlidir.

Publika.az bunu nəzərə alaraq 8 ayı keçmiş körpələr üçün dadlı və faydalı püre reseptini təqdim edir:

Tərkibi:

1 ədəd kiçik çuğundur

1 ədəd kiçik alma

3 xörək qaşığı suda bişmiş kinoa

1 şorba qaşığı ev şəraitində hazırlanmış qatıq

Hazırlanması:

Çuğunudur və almanı soyun. Almanın çəyirdəklərini çıxarın. Həm çuğunduru, həm də almanı kvadrat formasında, xırda-xırda doğrayın. Çuğundurla alma yumşalana kimi buxarda bişirin. Püre halına salın. Üzərinə kinoa və qatıq əlavə edib qarışdırın.

Körpənizə nuş olsun!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm