Qarğıdalı şorbası
Bizi izləyin

Mətbəx

Qarğıdalı şorbası

Qarğıdalı ən faydalı tərəvəzlərdən biridir. Onu, adətən, salatlara əlavə edirlər. Ancaq qarğıdalıdan bir-birindən ləzzətli yeməklər və şorbalar da bişirmək olar.

Publika.az bu gün sizə qarğıdalı şorbasının reseptini təqdim edir:

Tərkibi:

50 qram qarğıdalı (konservləşdirilmiş)

Yarım kiloqram pomidor

5 qram kərə yağı

Yarım çay qaşığı şəkər tozu

2 ədəd dəfnə yarpağı

Duz

İstiot

Hazırlanması:

Pomidoru rəndələyin və ya xırda-xırda doğrayın. Kərə yağını tavaya töküb əridin. Pomidoru həmin yağda bişirin. İstiotu, dəfnə yarpağını əlavə edin. Yarım litrdən bir az çox su əlavə edib qaynadın. İçərisinə şəkər tozu, duz və qarğıdalını əlavə edəndən sonra 5 dəqiqə bişirin.

İsti halda süfrəyə verin.

Nuş olsun!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm