• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Südlü serb şirniyyatı - Resept

  • Mətbəx
  • 24 Aprel 2015 04:52
  • 5 486 Baxış
Südlü serb şirniyyatı - Resept

Bu, milli serb şirniyyatıdı. Serbiyada onu demək olar ki, hər bazar günü hazırlayırlar. Beləliklə, publika.az-ın mətbəx bölməsi südlü serb şirniyyatının reseptini təqdim edir:

İnqrediyentlər:

Şəkər tozu - 6 xörək qaşığı

Manna yarması - 4 xörək qaşığı

Əla növ un - 4 xörək qaşığı

Yumurta - 6 ədəd

Vanil - 1 qram

Qabartma tozu - yarım paket

Süd - 0.5 litr

Hazırlanması:

Yumurta sarılarını ağından ayırın.

Ağını möhkəmlənə qədər çalın, arada şəkər tozunu da əlavə edin. Yumurtanın ağını bir-bir, şəkər tozunu isə qaşıq-qaşıq əlavə edin. Kütlənin həcmi artmalıdır.

Mikseri söndürüb bir kənara qoyun. Kütləyə qabatma tozu, manna yarması, un əlavə edin. Amma təbii ki, bunu kiçik ölçülərlə - hissə-hissə edin.

Soba tavasını yağlayın, unlayın və piroqu 180 dərəcə temperaturda 20-25 dəqiqə bişirin. Arada diş çubuğu ilə bişməyini yoxlaya bilərsiniz.

Piroq soyuyana kimi südü qaynama həddinə çatdırın, amma qaynatmayın, üzırinə vanil əlavə edin və ikiyə bölünmüş piroqun üzərinə tökün. Piroq isti südü hopmalıdır.

Südlü piroq olduğu üçün soyuducuda saxlayın.

Nuş olsun!

Xəbər lenti

DAHA ÇOX XƏBƏR