İtalyansayağı spagetti – Resept
Bizi izləyin

Mətbəx

İtalyansayağı spagetti – Resept

Publika.az-ın mətbəx bölməsi dadlı xəmir xörəyinin - İtalyansayağı spagettinin reseptini təqdim edir:

İnqrediyentlər:

Sarımsaq - 2 diş

Çili bibəri - 1 ədəd

Zeytun yağı - 70 ml.

Pomidor - 500 qram

Yerqulağı, kapers bitkisi - 30 qram

Zeytun, çəyirdəksiz - 30 qram

1.25 çay qaşığı duz dəniz

Reyhan - 30 qram

Spagetti - 300 qram

Hazırlanma qaydası:

Spagettini bişirmək üçün qazana su doldurub oda qoyun və bundan sonra sousu hazırlamağa başlayın.

Çili bibərini və sarımsağı xırdalayın. Əgər çox istiotlu olmasını istəmirsinizsə, bibərin toxumlarını çıxardın. Bu ərzaqları bir-iki dəqiqə zeytun yağında qızardın.

Yetişmiş pomidorların qabığını soyun.

Pomidoru doğrayıb sarımsaqla bibər olan tavaya tökün, 5 dəqiqə qaynadıqdan sonra zəif atəşdə bişirməyə davam edin.

Kapersi, doğranmış zeytunu əlavə edib daha 5 dəqiqə bişirin, duzlayın.

Sousu hazır olmasına bir dəqiqə qalmış ona doğranmış reyhan əlavə edin.

Spagettini qaynadan zaman suya 1-2 damcı zeytun yağı əlavə edin.

Spagettini boşqaba qoyandan sonra üzərinə sousu qoyun.

Nuş olsun!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm