Ləziz kotlet - Resept
Bizi izləyin

Mətbəx

Ləziz kotlet - Resept

Publika.az-ın mətbəx bölməsi dadı damağınızdan getməyəcək dünyanın ən ləziz kotletinin reseptini təqdim edir:

İnqrediyentlər:

Hinduşka və qa toyuq qiyməsi - 800 qram;

Manna yarması - 4 xörək qaşığı;

Xama - 2 xörək qaşığı;

Yumurta - 1 ədəd;

Cəfəri, şüyüd - 3-4 cücərti;

Şəkər tozu - 2 çay qaşığı;

Xardal - 2 çay qaşığı

Zövqə görə duz, ədviyyat

Hazırlanması:

Qiyməni, xamanı, yumurtanı, xardalı, şəkəri, duzu və ədviyyatı bir kasaya tökün. Göyərtini xırda-xırda doğrayın, bütün ərzaqları yaxşıca qarışdırın. Qiymə bir qədər şirəli olur ki, onu əllə deyil, qaşıqla götürmək lazımdır.

Tavaya bitki yağı tökün, qızdırın. Qiyməyə qaşıqla kotlet forması verin, hər tərəfini 2-3 dəqiqə qızardın.

Bundan sonra tavaya bir az su töküb, qapağını bağlayırıq və kiçik odda 10 dəqiqə bişirin. Hər tərəfini 5 dəqiqə bişirin.

Nuş olsun!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm