13 milyard dollar sərvəti olan “Zürafə” evlənməyə qız axtarır - FOTO - VİDEO
Bizi izləyin

Milyonçu

13 milyard dollar sərvəti olan “Zürafə” evlənməyə qız axtarır - FOTO - VİDEO

O, 13 milyard dollar sərvəti ilə Rusiyanın ən varlı adamlarından biridir. “Zürafə” ləqəbli iş adamı 48 yaşında olmasına baxmayaraq hələ də subaydır. Çünki fikrincə evlilik ən çətin kiçik biznesdir. Ağıllı və gözəl qadın nadir brilyantdır. Hansı ki axtarır amma tapmır. Söhbət Rusiyanın ONEKSİM investisiya fondunun prezidenti, milyarder Mixail Proxorovdan gedir.

Publika.Az “Milyonçu” layihəsi çərçivəsində Proxorovun maraqlı həyat və biznes hekayəsini təqdim edir.

Həyatı

Mixail Proxorov 1965-ci ilin 3 may tarixində Rusiyada anadan olub. Atası Dmitri Proxorov Sovet İttifaqı İdamn Komitəsinin beynəlxalq əlaqələr bölümünün rəhbəri, anası Tamara Kumarito Moskva Dövlət Universitetinin işçisi olub. Ata tərəfdən Proxorovun sosial mənşəyi kəndli, ana tərəfdən isə ziyalı, əsasən həkimdir. Ana babası Mixail Kumarito Dağıstan Tibb Universitetinin direktoru olub. Mixayıl Proxorovun uşaqlığı Moskvanin Şimal Şərqində keçib. 1972-1982-ci illərdə xüsusi təmayüllü orta məktəbdə oxuyub. “Zürafə” ləqəbi alan Mixayil orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra 1982-ci ildə Moskva Maliyyə İnstistutuna qəbul olunub. Birinci kursdan sonra hərbiyə çağrılıb. Hərb xidmətdən qayıtdıqdan sonra MMİ-nin beynəlxalq iqtisadi əlaqələr fakultəsində təhsilini davam etdirib. Onun tələbə yoldaşları və dostları arasında Krosnodarın qubernatoru Aleksandr Xloponin, Rusiya Federasiyası Mərkəzi Bankının rəhbərinin müavini Andrey Kozlov kimi adamlar olub. Yeri gəlmişkən 1988-ci ildə, sonuncu kursda olarkən M.Proxorov Sovet İKP-yə üzv yazılıb.

Proxorov yəhudidir?

“Forbes Israel” 2013-cü ildə dünyada 165 varlı yəhudinin siyahısına Proxorovu daxil etməsi hələ də beyinlərdə sual olaraq qalır. Amerikanın “Oracle” şirkətinin rəhbəri Larri Edelsonun (36 milyard dollar sərvəti var) 1-ci , Şeldon Adelsonun 2-ci, Nyu York meri Maykl Blumberqin 3-cü, maliyyəçi Corc Sorun 4-cü sırada qərarlaşdığı siyahıda onun adı Mixail Fridman, Viktor Vekselberq, G erman Xan, Roman Abromoviç kimi Rusiya milyarderləri ilə yanaşı göstərilirdi. “Forbes Israel”in siyahısında onun adını 16-cı idi. Maraqlısı isə odur ki, Proxorovun nə özü, nə də vəkilləri jurnalı təkzib etmədilər.

Bundan əlavə “Forbes Israel” Proxorovun yəhudi olmasını iddia edən ilk nəşr deyil. “Nyu York Tayms”-ın milyarder haqqında 2010-cu ildə hazırladığı məqalədə onun ana tərəfdən nənəsi Anna Belikinanın yəhudi olduğu qeyd edilmişdi.

İş həyatının rəsmi tərəfləri

Rəsmi karyerası 1989-1992-ci illərdə İqtisadi Əməkdaşlıq Beynəlxalq Bankına rəhbərlik etməsi ilə başlayıb. 1993-1998-ci ildə ONEKSİM Bankın idarə heyətinin sədri olub. 1998-2000-ci illərdə eyni adlı bankın prezidenti vəzifəsini icra edib. 2000-2001-ci illərdə AKB “Rosbank”-ın prezidenti, 2001-ci ilin iyulunda “Norilskiy nikel”-in baş direktoru, 2006-cı ildə “Plyus Zoloto”nun direktorlar şurasının sədri, 2007-ci ildə nanotexnalogiyaları üzrə dövlət şirkəti olan “Rosnanotex”-in müşahidə şurasının üzvü olur, 2007-ci ildə “Nornikel”- in səhmlərinin 25 faizinə sahiblənir.

2013-cü ildə “Polyus Gold” qızıl mədən şirkətindəki 38 faiz payını 3,6 milyard dollar milyarder Zəlimxan Musayevə satır. Hazırda Proxorov UC Rusal şirkətində 17 faiz, “Açıq İnvestisiya”da 91 faiz, RKB-da 51,1 faizə, “Renessans Kapital”da 100 faiz kapitala sahibdir.

Yeri gəlmişkən o, 10 il “İnterros” holdinqdə Vladimir Potaninlə bərabər hüquqlu ortaq olub. Böyük ayrılıq 2010-cu ildə baş tutub. Ortaqların birgə aktivlərinin bölgüsü təxminən üç il çəkib.

Sərvətini yenidənqurma illərinə borcludur

İş adamı biznes fəaliyyəti dövründə bir səhv də buraxmayıb. Proxorov hazırda Rusiyada milyarderlərin siyahısına rəhbərlik edən digər şəxslər kimi yenidənqurma illərində özünə sərvət qazana bilib. Konkret 1987-ci ildə hələ tələbəlik illərində Krasnodarın keçmiş qubernatoru Aleksandr Xloponinim ilə yaratdığı “Reqina” koperativində “varyonka” cins parça istehsal etməklə ilk böyük pullarını qazanıb. O vaxta qədər Rusiyada ancaq adi cinslər satılırmış: “Biz tez bir zamanda varlandıq. Mən əldən köhnə ”Lada” aldım. Pulları qızlara, eləcə də əyləncəyə xərclədim. Bu, pulun mənə gətirdiyi son həqiqi sevinc oldu”.

Sonra Beynəlxalq iqtisadi əlaqələr bankında iş çıxır. Proxorov cins biznesini dostlarına buraxıb bankir olmağı qərara alır. 1992-ci ildə Vladimir Potaninlə birgə ” Beynəlxalq maliiyə şirkəti”, “ONEKSİM Bank”, “SİDANKO”, “Norilskiy nikel”, “İnterros”, “RosBank”, “Plyus Zoloto” da işləyir: “1998-ci ildə biz kreditorlarla danişığa gedən yeganə bank idik. Bu, həyatımda ən çətin vaxtlar idi”.

2001-ci ildə Vladimir Potaninlə birlikdə biznes-imperiyasını yaradır. Bura “Norlinskiy nikel”, neft şirkəti SİDANKO daxil olur. Onların tərəfdaşlığı 10 il çəkir. 2010-cu ildə 33 milyard dollar dəyərindəki ortaq bizneslərini bölməyi qərara alırlar. “ONEKSİM” şirkətini yaradan Proxorov ortağından ayrılmasını belə əsaslandırır: “Güclü enerji müəssisəsi yaratmaq istəyirdim. Heç vaxt ikili standartlarla işləməmişəm. Bu isə ikili standart olardı”.

Onunla bağlı daha bir maraqlı məqam : Oleq Deripaska kimi klassik milyarderlərin uzun müddət Proxorovu ciddiyə almırdılar . Fransadakı qalmaqala (bu barədə bir qədər sonra) o, ortağı Vladimir Potaninin kölgəsdində qalmışdı. Əslində qalamamaq da mümkün deyildi. Çünki imperiyanın əsas dayağı Potanin idi.

Ağıllı və gözəl qadınların əhatəsində olmağı sevir

İş adamının Fransada başına gələn məşhur qalmaqal qadınla bağlıdır. Bu səbəbdən 2007-ci ildə o, Fransada 4 gun polis məntəqəsinin qonağı olur. Fransız polisi Proxorovu Kurşeveledə özünün varlı dostları üçün qız gətirməkdə günahlandırır. Doğrusu, Proxorov özü bunu gizlətmir. Və hərəkətini belə əsaslandırır: “Ağıllı və gözəl qadınların əhatəsində olmağı sevirəm. Yeni il münasibətilə dostlarım Kurşeveledə diskoteka hədiyyə alaraq həmin gün üçün məkanı bağlatdırmışdılar. Mənə də dedilər diskotekanı sənə hədiyyə etdik. Təəssüf ki bayramımızı pozdular. Fransız polisi etdiyi hərəkətə görə üzr istəməsə bu ölkəyə getməyəcəm. Bu təkcə Kurşeveleyə deyil, bütövlükdə Fransaya aiddir”.

Doğurdan da o, hadisədən sonra Proxorov Fransaya getmir. 2009-cu ildə işə xitam verilir və iş adamından üzr istənilir.

O heç vaxt evli olmayıb

Proxorov 48 yaşı olmasına baxmayaraq hələ də evlənməyib. Fransa paparasilərinin araşdırmalarına əsasən Proxorov ilk dəfə qızlarla münasibət 21 yaşında hərbi xidmətdən qayıtdıqdan sonra qurub. Ona qədər o sadəcə kənardan qızları süzürmüş. Girişdə qeyd etdiyimiz kimi Proxorovu orta məktəb illərində qeyri -adi boy ölçüsünə görə “zürafə” adlandırsalar da, institutda əksinə qızlar onun arxasınca qaçır, aşiq olurlarmış. Lakin Proxorov onlarla sadəcə gün keçirirmiş. Hazırda planetin ən ideal ər namizədi olduğu zamanda vəziyyət bir qədər də qəlizləşib. Yəni Proxorovu ələ almaq, özünə aşiq etmək hər qadının bacardığı iş deyil.

Proxorov ziyafətlər kralıdır. Onsuz bir parti keçmir. Yeri gəlmişkən, “evdə qalmasına” baxmayaraq, yaşından narahat deyil. Əksinə əlavə olunan hər ilin ona daha da güc verdiyini deyir: “30 yaşımda sevdiyim qadın olub. Onunla münasibətlərimiz 8 il davam edib. Lakin evlilik istiqamətində məni yoldan çıxara bilməyib. Çoxları deyir ki mən evlənməyəcəm. Əgər sən xoşbətsənsə və həyatın hər dəqiqəsini hiss edirsənsə evlənmək nəyə gərəkdir? İkili standartlara nifrət edirəm. Çoxları ailəni, uşaqları sevdiyini deyir. Həqiqətdə isə ayın o biri tərəfidirlər”.

Çox bahalıdır

Evlilik üçün elə qadın qarşıma çıxmalıdır mənə dəstək olsun. Bu da çox bahalıdır. Aşiq olmaq – elə bir hisdir ki sənə ancaq qarşıdakının varlığı ilə xoşdur. Bu hiss mənə qəribə gəlir. Hesab edirəm ağıllı, gözəl qız – tapılması çətin bir brilliantdır... Bax, mən axtarıram. Lakin tapa bilmirəm. Böyük biznesdən fərqli olaraq kiçik biznesdə heç nə bilmirəm. Evlilik isə ən çətin kiçik biznesdir”.

Bununla belə milyarderin həyatında bədbəxt məhəbbət də olub. Romantik münasibətlər qarşı tərəfin Amerikaya getməsi və orda ailə qurması ilə bitir. Hazırda onlar nadir hallarda görüşürlər.

Bir ildə 13 milyard dollar itirir

“Forbes”in hesablamalarına görə, 2005 ci ildə Proxorovun sərvətinin həcmi 4,7 milyard (9-cu sırada), 2006-cı ildə 7,6 milyard (10-cu sırada), 2007-ci ildə 15 milyard (5-ci sırada), 2008-ci ildə 22,6 milyard (5-ci sırada), 2009-cu ildə 9,5 milyard (1-ci sırada), 2010-cu ildə 13,2 milyard (2-ci sırada),2011-ci ildə 18 milyard (3-cü sırada), 2012-ci ildə 13,2 milyard (7-ci sırada), 2013-cü ildə 13 milyard dollar (10-cu sırada) olub. Nəzərə çatdıraq ki, 2008-2009-cu il arasındakı böhranda biznesmen 13,1 milyard dollar itirir.

496 milyon dollara villa

Proxorov Rusiyada ən bahalı yaxtalara sahibdir. Onun “Palladium”, “Solemar” adlı yaxtaları, eləcə də “Gulfstream G550” təyarəsi var. O eyni zamanda Lacivərd sahilində dəyəri 496 milyon dollarlıq villaya sahibdir.

Boyu 204 sm, cəkisi 90 kq olan Iş adamının bu boyla basketbol oynamaması günah sayılır. Lakin hələlik Proxorov Bruklin Nets basketbol klubu ilə bunu kompensasiya edir.

10 kilometr qaçır, ayda 2 dəfə diskotekaya gedir

Milyarder 20 ildir kikboksla məşğuldur: “Heç vaxt idmanı buraxmıram. Bəzən 10 kilometr qaçıram. Mən balıqçı deyiləm. Nə balıq tutmağı, nə də ovu sevirəm. Hətta balıqlara baxmağı da sevmirəm. Nəyə baxasan darıxdırıcıdırlar. 3 metr dalğada tullanmaq bax, maraqlı olan budur.”

Milyarder yeni ili həmişə Rusiyada keçirməyi sevdiyini deyir: “Elə olmayıb ki harasa gedim. Yeni İli ev bayramı hesab edirəm”. Diskotekalara isə Proxorov ayda iki dəfə gedir. Dediyinə görə, rəqs etməyi sevir:

“İş və pul –insanın inkişaf inkişafının sadəcə ilkin mərhələsidir. Bunun ardınca yüksək mədəniyyət, kitab, fəlsəfə, teatr gəlirsə həyat dəyərləşir”.

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm