Dünyanın ƏN ZƏNGİN 10 milyarderi - SİYAHI
Bizi izləyin

Milyonçu

Dünyanın ƏN ZƏNGİN 10 milyarderi - SİYAHI

Dünyanın ən zəngin 10 adamının sərvəti 2021-ci ildə 402 milyard dollar artıb.

Publika.az xəbər verir ki, sərvətinə 121 milyard dollar əlavə edən İlon Mask 277 milyard dollarla ötən ilin ən varlı şəxsi olub.

"Bloomberg" Milyarderlər İndeksinə görə, Bill Qeyts və Ceff Bezosdan başqa sıralamadakı 8 nəfərin əksəriyyəti ilk dəfə 100 milyard dollardan çox qazanca sahib olublar.

2021-ci ilin ən çox sərvətə sahib 10 milyarderini təqdim edirik:

1. İlon Mask. "Space X" və "Tesla" şirkətlərinin sahibidir. Ümumlikdə 277 milyard dollarlıq sərvətə sahibdir.

2. Ceff Bezos. Qlobal texnologiya şirkəti olan "Amazon"un qurucusudur. Onun sərvəti 2021-ci ildə 5 miyard daha artaraq 195 milyard dollar olub.

3. Bernard Arnault. "Luois Vuitton", "Christian Dior" və "Givenchy" dəbdəbəli brendlərinin sahibi. Onun sərvəti 61 milyard dollar artaraq 176 milyarda çatıb.

4. Bill Qeyts. Dünyaca məşhur "Microsoft"un qurucusudur. Qeytsin sərvəti hazırda 139 milyard dollar dəyərindədir.

5. Larri Peyc. Proqram mühəndisi və tərtibçisi, "Google"nin əsas alqoritmlərinin yaradıcısıdır. Peyc 2021-ci ildə sərvətinə daha 47 milyard dollar əlavə edib. Onun ümumi sərvəti 130 milyard dollardır.


6. Mark Zukerberq. "Meta"nın qurucusudur (əvvəllər Facebook - red.). Zukerberq 2021-ci ildə sərvətinə daha 24 milyard dollar əlavə edib. Hazırda o, 152 milyardlıq sərvətə sahibdir.



7. Sergey Brin. Proqram mühəndisi və Larri Peyc ilə "Google"-u quran internet sahibkarıdır. O, 2021-ci ildə sərvətini daha 45 milyard dollar əlavə edərək 125 milyard dollara çatdırıb.

8. Stiv Balmer. ABŞ iş adamı 2000-ci ildən "Microsoft"-un idarə heyətinin sədri vəzifəsini icra edir. 163 MİLYARD dollarlıq Balmer 2021-ci ildə sərvətinə daha 41 milyard dollar əlavə edib. O, hazırda 163 milyard dollara sahibdir.

9. Larri Ellison. Dünyaca məşhur proqram təminatı şirkəti "Oracle"-ın yaradıcısı. Ellison 2021-ci ildə sərvətinə daha 29 milyard dollar əlavə edib. O, hazırda 109 milyard dollarlıq sərvətə sahibdir.



10. Uorren Baffet. ABŞ-da "Omaha kahini" adlanan ən məşhur iş adamı. Baffet bütün zamanların ən uğurlu kahini hesab olunur. Dünyaca məşhur "Duracell" batareya markası da daxil olmaqla, 60-dan çox şirkəti var. Baffet 2021-ci ildə sərvətinə daha 21 milyard dollar əlavə edib.O, hazırda 109 milyard dollara sahibdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm