Milyonçu
Aİ azərbaycanlı milyarderə qarşı sanksiyaları dayandırdı
Aİ rusiyalı iş adamları Şulgin, Əhmədov və Berezkinə qarşı sanksiyaları ləğv edib.
Publika.az xəbər verir ki, Avropa İttifaqı üç rusiyalı iş adamına – “Ozon”un keçmiş rəhbəri Aleksandr Şulqinə, “Northgas”ın həmsahibi Fərhad Əhmədova və Vahid Sosial Təminat qrupunun rəhbəri Qriqori Berezkinə qarşı sanksiyaları uzatmayıb. Sanksiyalardan çıxarılan biznesmenlərin adları Aİ-nin rəsmi jurnalında dərc olunub.
Nəşr həmçinin qeyd edir ki, blok Rusiya Silahlı Qüvvələrinin polkovniki Georgi Şuvayevə qarşı sanksiyaları ləğv edib. O, Ukraynadakı hərbi münaqişədə iştirak edib və ötən ilin payızında dünyasını dəyişib.
Bundan bir gün əvvəl, sentyabrın 13-də isə Avropa İttifaqı Şurası Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə xələl gətirmək təhlükəsi səbəbilə oraya daxil edilmiş dörd rusiyalının sanksiya siyahısından çıxarıldığını elan etsə də, onların adlarını açıqlamayıb.
Aİ-nin "Ozon"un keçmiş rəhbəri Aleksandr Şulgini sanksiyalardan kənarlaşdırmağa hazırlaşması hələ sentyabrın əvvəlində məlum olub. Bu qərarı Lüksemburqdakı Avropa Ümumi Yurisdiksiya Məhkəməsi qəbul edib. Belə ki, 2022-ci ilin aprelində məhdudiyyətlərə məruz qalan Şulgin "Ozon"dakı vəzifəsindən istefa verib. Ekspertlər hesab edir ki, bu, Avropa Məhkəməsinin qərarında müəyyənedici amil olub.
Əhmədov və Berezkin də Aİ-nin sanksiyalarına etiraz etmək üçün Avropa Məhkəməsində iddia qaldırıblar. Hər iki iş adamı 2022-ci ilin aprelində Aİ-nin sanksiyalar siyahısına daxil edilib.
Mehti Kamiloğlu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region21 Oktyabr 16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj

































