Düz 21 gün İstanbulun hər tərəfində canlanma, konsert, əyləncə olacaq
Bizi izləyin

Müsahibə

Düz 21 gün İstanbulun hər tərəfində canlanma, konsert, əyləncə olacaq

İyun ayının 9-dan 29-na kimi, İstanbulda İkinci "Shoppinq festival" keçiriləcək. Ötən il düzənlənən festivalda ölkəmizdən də çox turist qatılmışdı. Bu ilki festivala hazırlıq nə yerdədir? Azərbaycandan turist sayında dəyişiklik olacaqmı? Ümumiyyətlə, festivalın məqsədi nədir? Bütün suallarımızı hazırda Bakıda qonaq olan İstanbul Shopping Festivalın baş müdiri Füsun Sönməz cavabladı.

-Füsun xanım, bu festivalın keçirilməsinə ötən ildən başlamısız. Keçən ilki festival yazdaydı. İndisə daha isti aylari seçmisiz...

-Bəli, 2011-ci ildə mart-aprel aylarında etmişdik shopinq festivalı, bu ilsə iyun ayına saldıq. Məqdəsimiz budur: biz mağaza sahibləri ilə, satışı reallaşdıranlarla danışıb razılığa gəldik ki, festivalı iyun ayında keçirsək, daha çox endirim əldə edilə bilər. Yəni mağaza sahiblərinin endirimləri iyun ayında edə bilmələri səbəbindən qaynaqlandı bu tarix dəyişimi.

-Ötən il festival 40 gün davam etdi, niyə bu dəfə müddəti 21 günədək azaltmaq qərarına gəldiz?

-Festivalın müddətini 40 gündən 21 günə endirməyimizin səbəbi kampaniyanın daha coşqulu, daha maraqlı olmasına nail olmaqdır. 21 gün boyunca İstanbulun hər yerində bir canlanma, konsert, əyləncə olacaq. İstanbul başdan-başa festivalın logoları ilə bəzənəcək. Bir sözlə, 21 gün boyunca İstanbula gəlib festivaldan xəbəri olmayan kimsə qalmayacaq.

-"İstanbul Shopping Festival"dan əldə edilən gəlirlər nə məqsədlə xərclənəcək?

-Öncə qeyd edim ki, "İstanbul Shopping Festival"ın məqsədi pul qazanmaq deyil. Bizim məqsədimiz İstanbulun tarixi məkanlarını, mədəniyyətini tanıtmaqdır. Bilirsiz ki, bizim ölkəmizə çoxlu turist gəlir. Biz də gələn ziyarətçilərə yardım etmək istədik. İstədik ki, gəzməyə gələnlər bir də üstəlik alış-veriş imkanı qazansınlar. Bizim çox gözəl caddələrimiz, alış-veriş mərkəzlərimiz var. Biz istəyirik ki, turistlərimiz oralarda alış-veriş keyfi yaşasınlar. Bizim festivalımızın faydası bütün şəhərə olacaq. Restoranlara, otellərə, mağazalara xeyir verəcəyik. İstanbul Shopping Festival olaraq bizim yeganə məqsədimiz Türkiyəni tanıtmaqla bərabər ölkədə yeni bir ab-hava yaratmaqdır.

-Bildiyimizə görə, ötən il Azərbaycandan bu festivala 578 min turist gedib. Bu il nə qədər olacağı gözlənilir?

-Bəli, ötən il Türizm nazirimiz dedi ki, 580 minə yaxın insan gəlib Azərbaycandan. Biz bu il daha çox insanın festivala qatılacağını gözləyirik. Ümid edirəm ki, bu ilki festivaldakı azərbaycanlıların sayı 650 mini keçəcək.

-Ötən il ən çox alış-veriş edənlər hansı ölkələrdən idi?

-Maraqlıdır ki, ötən il İran və Azərbaycan ən çox alış-veriş edən ölkələr oldu. Düzdü, ötən ilki festivalda Azərbaycan ikinci yerdəydi, amma mən bu il birinci olacağını gözləyirəm.

-Azərbaycandan gedən turistlər daha çox nə alır?

-Bunu mağaza sahibləri daha yaxşı bilər, amma Bakıya gəlmədən öncə məlumat aldım bir az. Öyrəndim ki, azərbaycanlılar geyimə daha çox üstünlük verirlər. Bir də qızıl məmulatları onları daha çox cəlb edir. İstanbullu zərgərlər də təsdiqləyir ki, Azərbaycandan olan turistlər qızılı çox sevir. Yeri gəlmişkən, bizim zərgərlər də azərbaycanlı turistləri çox sevir.

-Nələr təklif ediləcək bu ilki festivala qatılanlara?

-Hər şey. Bu il İstanbulda həm hazır geyim, həm elektronika, həm qızıl məmulatları, həm də kosmetik məhsullar təklif edən və böyük endirimlər edən firma və brendlər olacaq.

-Ötən il də festivalın siması məhşur aktyor Kvanç Tatlıtuğ idi, bu il də o, olacaq. Niyə bir daha onunla işləmək qərarına gəldiz?

-Biz Kvanç Tatlıtuğla bərabər onun çox məhşur olduğu ölkələrdə oluruq. Keçən həftə onunla bərabər Dubaya getdik, bilirsiz ki, onun serialları orda da çox sevilir. Çox böyük tamaşaçı auditoriyası var Kvançın orda. Bu il bizimlə bərabər Songül Öden də gəldi Dubaya. Onun da sevənləri çoxdur. Onlar ordakı pərəstişkarlarını İstanbul festivalına alış-verişə çağırırlar. Bizə də məhz bu lazımdır.

-Bakılı məhşurlardan kim gedəcək festivala?

-Biz istərdik ki, hamısı gəlsin. Amma bu an üçün dəqiq bildiyimiz bir qonağımız var ki, o, Aygün Kazımovadır. Hətta bizim mətbuat konfransımızda Aygün xanım bütün pərəstişkarlarına çağırış etdi. Onu sevənlərin hamısı əminəm ki, festivala gələcək. Azərbaycandan bir çox məşhurun gələcəyinə əminik. Bizim internet saytımızdan və Facebook səhifəmizdən izləyərək festivala qatılan məhşurların kimliyini öyrənə biləcək hər kəs.

-Festivalın gələcəyi necə olacaq? Növbəti illər üçün hansı planlar var?

-İstanbulun ötən ilki müvəffəqiyyətindən sonra Türkiyənin müxtəlif bölgələrində bu shoppinq festival reallaşdırılır. Ankarada da oldu. Demək ki, biz yaxşı örnək ola bilmişik. Əgər nədəsə örnək olduqsa, onu niyə də davam etdirməyək? Hər halda, bu kampaniya davamlı olacaq.

-Bakıya ilk gəlişinizdir?

-Xeyr, ilk dəfə 6 il öncə gəlmişəm, mənim həyat yoldaşımın ailəsi buralıdır.

-Dəyişib 6 ildə Bakı?

-Çox dəyişib. Çox təəccübləndim görəndə. Evrovision yaramış Bakıya. Çox gözəl olub Bakı. Yeni taksiləri, Evrovision bəzəklərini çox bəyəndim. Yeni binalar var, çox modern görünüşü var Bakının. Yenidən gəlməyi düşünürəm.

-Evrovisiona qatılmaq imkanınız olacaq?

-Yox, çox təəssüf ki, olmayacaq. Festivalla bağlı bizim İstanbulda o qədər görməli işimiz var ki... Amma təbii ki, televizordan təqib edəcəyik.

Lalə Mehralı

Fotograf – Bayram İsgəndərov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm