• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Kitab təqdimatında Ramil Səfərovla canlı telefon söhbəti

Kitab təqdimatında Ramil Səfərovla canlı telefon söhbəti

Macarsıtanda məhbus həyatı yaşayan zabitmiz Ramil Səfərov tərəfindən tərcümə edilən macar yazıçısı Ferens Molnarın (1878-1952) “Pal Küçəsinin oğlanları” romanının təqdimat mərasimi keçirilib.

Publika.Az xəbər verir ki, mərasim "İdea" Gənclər Klubu tərəfindən gerçəkləşdirilib.

Klubun həmtəsisçisi Şəfiqə Fərəzliyeva macar yazıçının həyat və yaradıcılığı barədə tədbir iştirakçılarına geniş məlumat verib.

Bundan sonra kitabın Azərbaycan dilinə tərcüməsinin redaktoru və "Məhbəsə sığmayan azadlıq eşqi" başlıqlı ön sözün müəllifi Asif Rüstəmli Ramilin ilk tərcümə etdiyi Maqda Saponun "Qapı" kitabını da yüksək qiymətləndirdiyini dedi.

Daha sonra Ramilin atası Sahib Səfərov çıxış edərək bildirdi ki, Azərbaycan gəncləri həmişə dövlətin onlara verdiyi təhsildən, yaratdığı şəraitdən yüksək bəhrələnməlidirlər:

"Ramilə güc verən, onu yaşadan Azərbaycan xalıqının sevgisidir".

S.Səfərov mediada və məhkəmələrdə məlum hadisənin cəmiyyətə olduğu kimi çatdırılmadığını dedi:

"Erməni uzun müddətdir azərbaycanlıların ünvanına əxlaqsız sözlər işlədib, qarşıdan gələn Xocalı hadisələrini xatırladaraq, əsirlərlə necə rəftar etdiklərini, qadınları zorladıqlarını, insanları vəhşicəsinə öldürdüklərini deyib, Ramili qıcıqlandırıb. Gecə Ramil hərbi geyimi geyinərək, ermənin yatdığı otağa girib. Onun otaq yoldaşı olan macarı otaqdan çıxardıb. O içəri daxil olanda erməni də ayıq olub. Erməni ona yalvarmağa başlayıb. Sonra Ramil onu vurub. Ramil ermənini yatdığı yerdə öldürməyib".

Bundan sonra Ramil Səfərovla canlı telefon əlaqəsi yaradılıb. O, gənclərin az kitab oxuduğunu, maariflənmənin zəif olduğunu qeyd edib:

"Gəlin etiraf edək ki, bu mözvu elə də ürəkaçan deyil. Odur ki, harda olmağınızdan asılı olmayaraq, kitaba marağı artıqmaq üçün hər birimizin üzərinə məsuliyyət düşdüyünə inanıram. Ona görə də, belə tədbirlərin krçirilməsini alqışlayıram".

R,Səfərov kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə öz təşəkkürünü bildirib.

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR