• USD 1,7369 0,00% EUR 1,8716 0,00%
    • GBP 2,1974 0,00% RUB 0,0274 0,00%

“İsrail Azərbaycandan nə uma bilər ki?“ - MÜSAHİBƏ

“İsrail Azərbaycandan nə uma bilər ki?“ - MÜSAHİBƏ

- İranda hərbi əməliyyatlar başlayarsa, bu dövlətin düşməni və Azərbaycanın yaxın tərəfdaşı olan İsrail Azərbaycanın bitərəfliyinə necə reaksiya verəcək? Münasibətlərdə dəyişiklik gözlənilirmi?


- Azərbaycanın İsraillə münasibətləri yüksək səviyyədədir. Siyasi münasibətlər, insani və iqtisadi münasibətlər öz qaydasındadır.
Azərbaycan neftinin 20 faizdən artığını İsrail alır və təhlükəsizlik məsələsində də əməkdaşlıq mükəmməl səviyyədədir. Və hələ ki, pisləşmə gözlənilmir. Eyni zamanda Azərbaycan Fələstini də tanıyır və onunla münasibətləri normaldır.

Son zamanlar İsrail öz siyasəti ilə bir çox dövlətlərdə müəyyən suallar doğurur. Xüsusən də, Fələstin məsələsində. İsraili bir çox dövlətlər qınayır, o cümlədən Türkiyə. Amma İsrail Azərbaycanla münaisbətləri inkişaf etdirməkdə maraqlıdır və düşünmürəm ki, bu münasibətlərdə bir dəyişiklik ola bilər.

- İsrail Azərbaycandan İran məsələsində nə isə uma, tələb edə bilərmi?

- Nə uma bilər ki? Ümumiyyətlə, Azərbaycan dəfələrlə bəyan edib ki, İranda hərbi əməliyyatlar başlayacağı təqdirdə bu və ya digər şəkildə proseslərə qarışmayacaq. Amma Azərbaycan regionun müharibə ocağına da dönməsini istəmir. Çünki İranda baş verənlər təbii şəkildə bizim ölkəmizə də təsir edə bilər.

Amma Tel-Əvivin rəsmi Bakıya qarşı hər hansı tələb irəli sürəcəyi gözlənilmir. İstər hərbi, istərsə siyasi, istərsə də iqtisadi əməkdaşlıq məsələlərində Azərbaycanın bitərəf mövqeyinə xələl gəlməyəcək.

- Azərbaycanın İsraildən silah alması bəzi xarici ölkələrdə qıcıq yaradır...

- Azərbaycan Rusiyadan da silah alır, ABŞ-dan da, Belarus və Ukraynadan da. Bu, normaldır və qınanılası heç nə yoxdur burada. Pilotsuz uçuş aparatları alınırsa, təbii ki, onun istifadəsində israilli mütəxəsislərin bura gəlməsi vacibdir. Həm də hamı bilir və hətta bundan narahatlıq ifadə edən İran bilir ki, Azərbaycan bu hərbi texnikanı öz ərazilərini işğaldan azad etmək üçün alır. Və Azərbaycanın bu silahları almasına qarşı hər hansı beynəlxalq embarqo yoxdur.

- Bəs İranı nə narahat edir?

- İranı əslində Azərbaycanın İsraillə yox, ABŞ-la olan münasibətləri narahat edir. İran ABŞ-ın bölgədə möhkəmlənməsindən qorxur və Rusiya da bu məsələdə İranla həmfikirdir. Belə bir ehtimal yürüdülür ki, ABŞ İrana qarşı əməliyyatlarda Azərbaycan ərazilərindən istifadə edə bilər. Amma düşünürəm ki, Azərbaycan nə ABŞ-a, nə də digər dövlətə öz ərazilərində hansısa fəaliyyət sərgiləməyə yol verməyəcək.

-İsrailin bizə qardaş dövlət olan Türkiyə ilə münasibətləri getdikcə pisləşməyə doğru gedir, həmçinin vaxtaşırı olaraq, İsrail Knessetində “erməni soyqırımı” ilə bağlı məsələ qaldırılır. İsrail bu məsələdə nə qədər ciddidir və proseslər necə davam edə bilər?

- Bu “soyqırım” məsələsi ümumiyyətlə, dünya siyasətində bir oyuncaq predmetidir. Hər dəfə Türkiyəni narahat etmək istəyəndə, müxtəlif dövlətlərdə bu məsələ gündəmə gətirilir. İsraildə də eyni haldır və yalnız Ankaranı qıcıqlanadırmaq üçün bu vasistəyə əl atırlar. Lakin ciddi bir nəticə gözləmirəm. İsrail yəhudilərin “soyqırıma məruz qalan xalq” statusunu heç kimlə bölüşmək arzusunda deyil və məhz türkləri qıcıq etmək naminə, ermənilərin könlünü şad etməyəcək. Burada Azərbaycanın da mövqeyi bəllidir və Tel-Əviv buna getməyəcək.


Rüfət Əhmədzadə
Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR