Ovçu, insaf elə, keçmə bu düzdən…
Bizi izləyin

Müsahibə

Ovçu, insaf elə, keçmə bu düzdən…

Ovçu, insaf elə, keçmə bu düzdən…

Ovçuluq hər zaman insanların kütləvi marağına, əyləncəsinə və psixoloji cəhətdən sakitləşməsinə səbəb olub. Bir sözlə ovçuluq insan üçün mütləq seçilən idman növlərindən biridir.

Hətta bəzi insanlar var ki, ova getmə vaxtlarını səbirsizliklə gözləyirlər. Yəni ova vurğundular. İnsanların bir çoxu, ovla bağlı səhv fikirdədilər. Düşünürlər ki, cəmiyyətə üzv olduq, silah aldıq, lisenziya varsa ov ovlamaq sərbəst olr. Amma, bu belə deyil və ovçuluqla bağlı qısa məlumat vermək qərarına gəldik.

Ovçuluq - quruda və suda təbii sərbəstlik və yarımsərbəst şəraitində daimi, müvəqqəti və köçəri yaşayan, habelə Təsərrüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılan suda-quruda yaşayanların, xəzdərililərin, sürünənlərin, quşların və məməlilərin (bundan sonra - vəhşi heyvanların) izlənilməsi, təqib edilməsi, tutulması və vurulması üzrə fəaliyyət növüdür.

Ov silahlarının seçilməsi

Bu suallara cavab tapmaq üçün, ovçu mağazalarından birinə yollandıq. Mağazada biri – birindən gözəl və maraqlı silahlarla tanış olduq. Türkiyə, İtaliya, Rusiya kimi ölkələrin silahları yer alan mağazada, ən çox Rusiya silahlarının satıldığına şahid olduq. Mağaza satıcısının sözlərinə görə, silahlar müəyyən qiymətdə dəyişir. Türkiyə silahları daha ucuza satılır. Bahalı silahlar isə, İtaliyaya məxsusdur. Amma, Rusiya silahları daha çox məsləhət görülür.

Çünki, İtaliya silaha naxış, bəzək, yəni əl işləri ilə düzəldiyi üçün baha satılır. Türkiyə silahları isə yaxın olduğu və rüsumuna görə ucuz satılır. Amma Rusiya silahları daha dayanıqlı, keyfiyyətli, professional və həvəskarlar üçün qacınılmaz silahdır. Silahlar, 2000 manatdan başlayaraq qiymətləndirilir. 2000 manata olan silahlar təbii ki Türkiyə silahlarıdır.

Bu kimi idman növünün ardı bizə çox maraqlı gəldi. Qərara aldıq ki, bizdə ovçular cəmiyyətinə üzv olaq. Amma əvvəlcə suallarımıza cavab tapmalı idik. Bunun üçün, Ovçular Cəmiyyətinin sədri Səidə xanım Publika.Az –ın yönləndirdiyi suallara cavab olaraq bildirib:

2013 – 2014 –cü illər ərzində ovculuğa həvəs artıb

Demək olar ki, azalmaq söhbəti yoxdur. Hətta, təqaüdçülər belə bizim cəmiyyətə üzv olurlar. İllər keçdikcə artım müşahidə olunur. Əsasəndə gənclərin ovçuluğa olan həvəsi artıb. Ziyalılar, təqaüdçülər, məmurların bir çoxu, nazirlərin 80% -i bizim cəmiyyətin üzvüdür. Ovçuların sayı 23.000 –dən keçib. Amma, Ekologiya Nazirliyinin “Bioloji Müxtəlifliyin Qorunması” departamenti bizim qarşımıza çox maneələr qoyurlar.

Bir sözlə, ovçuluğa mane olurlar. Rayon təşkilatlarımıza öz nümayəndələrini göndərib haqqımızda şayiələr yayırlar. Məsələn, üzvlük bileti saxtadır, qanunsuz ovçuluq və s kimi ittiham edirlər. Buna baxmayaraq yenə də, ovçularımız fəal olaraq, illik üzvlük haqlarını da ödəyirlər, lisenziya alıb ovada gedirlər.

Bizim cəmiyyətin üzvləri, bir səslə deyirlər ki, biz bu cəmiyyəti tanıyırıq və bu cəmiyyətin daimi üzvüyük.

Cəmiyyət 1960 –cı illərdən fəaliyyət göstərir. Ədliyyə Nazirliyindən qeydiyyatı, şəhadətnaməsi var.

Rayon cəmiyyətlərimi saymasaq, şəhərdə təqribi olaraq 500 nəfərdən çox, ovçuluğda artım müşahidə olunur.

Azərbaycanda 2006 –cı ildən quş ovu bağlıdır

Deyilənlərə görə, quş qripi var. Bunun üçün quş ovuna 2006 –cı ildən qadağan olunub. Onu da qeyd etmək istəyirəm ki, Rusiya, İran, Türkiyə kimi ölkələrdə quş qripinin qarşısı alınması üçün işlər görülür. Bunun üçün bu kimi ölkələrdə quş ovu açıqdır.

Cənab prezident bu sahə üçün 16 milyon pul ayırıb. Ekologiya Nazirliyinin departamenti görülən işlərə kölgə salır. Bununla bağlı prezident administrasiyasına məktublar yazmışıq ki, bizə kömək göstərsinlər. Yəni, ekologiya nazirliyi bizim qarşımıza hədlər qoyur və bizi sıxırlar. Məktublarımıza müsbət cavablar gəlir amma, Nazirlik yenə də bizim ovçuların bir qisminə lisenziya vermirlər.

Bizim Nazirliklə 10 illik müqaviləmiz var. 2002 – 2012 –ci illərdə müqavilə bağladıq. Amma, 2006 –cı ildə bir tərəfli olaraq müqavilə ləğv olundu.

Cəmiyyətə üzv olmaq üçün və üzv olduqdan sonra

Yaşayış və iş yerindən arayış, 2 şəkil, şəxsiyyət vəsiqəsinin surəti və 30 manat rüsum ödəməklə ovçuluq cəmiyyətinə üzv ola bilərsiniz. Üzv olduqdan sonra Daxili İşlər Nazirliyinə müraciət edərək silah üçün lisenziya alırsınız. Sonradan təlimlər, məşqlər keçirilir. Ən əsası hansı heyvanları vurmaq olar və harada ov etmək olduğunu ovçulara bildirilir.

Ovçuluq cəmiyyətinin xeyirxah əməlləri

Ovçuluq cəmiyyətinə aid olan binanın 3 –cü mərtəbəsində qaçqınlar məskunlaşıb. Maddi problemlərin olmasına baxmayaraq, ovçuluq cəmiyyəti 11 Qarabağ köçkünlərini ev ilə təmin edib. Kommunal xərclər isə dövlət tərəfindən ödənilir. Maddi cəhətdən sıxıntılar olduğundan, mənəvi olaraq bütün problemlərini həll etməyə çalışırıq.

Son olaraq Səidə xanımdan şok açıqlama

Ekologiya və Təbii sərvətlər nazirliyi, bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərin inkişafı departamentinin rəisi Vaqif Cavadov, bizim məktublarımıza kobud, qərəzli cavablar verir.

Hər bir vətəndaşın borcudur ki, qanuna riayət etsin və ətrafdakılara nümunə olaraq onlarıda qanuna cəlb etsin. Məsələn, təbiət qoynuna gedərkən qanunsuz ov gördükdə, müəyyən orqanlara xəbər vermək və ya ovçunu xəbərdar etmək kimi vətəndaşlıq borcu var.

Amma, 2012 –ci ilin Oktyabr ayında Beyləqan rayonu cəmiyyətinin sədri Süleymanov Allahyar rayon ərazisinə çıxarkən qanunsuz ovçu görüb. Bununla bağlı ovçu ilə söhbət apararkən, ovçu tərəfində ov silahı ilə vurulub. Nəticədə, rayon cəmiyyətinin sədri xəstəxanaya aparılarkən dünyasını dəyişib. Bununla bağlı cinayət işi açıldı amma, rayon cəmiyyətinin sədri A.Süleymanovun tədbirsizliyi kimi hesab olundu və cinayət işi bağlandı.

Vaqif Cavadov bütün bu ittihamlara münasibət bildirib

Ekologiya və Təbii sərvətlər nazirliyi, bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərin inkişafı departamentinin rəisi Vaqif Cavadov, suallarımızı cavablandırıb:

“Cəmiyyət, Nazirlik səlahiyyətlərinə aid olan məsələlərə müdaxilə edirlər. Məsələn, ovçuluq biletinin verilməsi nazirliyin səlahiyyətidir. Onlar isə, kimlərəsə ovçuluq sənədləri verirlər. O sənədləri biz yığaraq korrupsiyaya qarşı mübarizə idarəsinə vermişik. Yəni, bu cəmiyyət səlahiyyətlərini aşaraq, dövlət orqanının səlahiyyətini mənimsəməklə məşğuldur.

Onlara sual vermək lazımdır ki, sizin cəmiyyətin üzvünün brakonier ilə qarşı – qarşıya nə işi var? Brakonierlə mübarizə aparan idarə var. Sən kimsən və sənə kim səlahiyyət verib ki, yoxlama keçirəsən, kimdənsə silah götürə bilərsən, kiməsə qarşı akt tərtib edə bilərsən, cərimə qərarı verə bilərsən. Bunlar hamısı nazirliyin səlahiyyətidir. Onlar isə, bu səlahiyyəti mənimsəməklə məşğuldurlar və bunun üçün sərt cavablar alırlar”.

Odər Qəni

Oxumağa davam et
Reklam
Reklam

Gündəm