Dövlət Agentliyi media nümayəndələrini mükafatlandırdı
Bizi izləyin

Nəqliyyat

Dövlət Agentliyi media nümayəndələrini mükafatlandırdı

Bu gün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yol təsərrüfatı işçilərinin peşə bayramı münasibətilə media nümayəndələri ilə görüş keçirib.

Publika.az xəbər verir ki, görüşdə Dövlət Agentliyinin sədr müavini Əvəz Qocayev çıxış edərək təmsil etdiyi qurumun daim KİV ilə yaxından əməkdaşlıq etdiyini bldirib. O, bir sıra KİV-lərdə təmsil etdiyi qurum barədə əksini tapan tənqidi materiallar haqqında da fikrilər səsləndirib: "Biz tənqidləri qəbul edirik. Amma o şərtlə ki, tənqid edən tərəf fikrini sağlam şəkildə ifadə etsin. Çünki sağlam tənqid bizi daha da fəal və səmərəli fəaliyyətə sövq edir"

"Agentliyimiz iradları normal qəbul etsə də bir sıra media orqanları qeyri-peşəkar fəaliyyət sərgilədiyi üçün, biz onlarla əməkdaşlıq etməməyə üstünlük veririk. Bu xüsusilə reketçiliklə məşğul olaran media və jurnalistlərə aiddir. Amma qərəzsiz, sağlam ruhda fəaliyyət göstərən, jurnalistika ilə məşğul olan media qurumları ilə yaxından əməkdaşlığımız belə də davam edəcək", - deyə Ə.Qocayev qeyd edib.

Daha sonra Avtomobil Yolları Dövlət Agentliyi ilə yaxından əməkdaşlıq edən KİV-lər qurum tərəfindən təltif olunub.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm